
22.09.2023 / 10:00
123
Bakıda avtobusla “KamAZ” toqquşdu - ÖLƏN VAR
Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gundem.az "report"a istinadən xəbər verir ki, 40 saylı sərnişin avtobusu hərəkətdə olarkən “KamAZ” markalı yük avtomobili ilə toqquşub.
Nəticədə avtobusda olan sərnişin, 1966-cı il təvəllüdlü Əliyeva Adikə İsa qızı aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hadisənin təfərrüatı araşdırılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay