BAKU Azərbaycan
°C

Sentyabrın 23-ü saat 18:00 radələrində paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində işıqforun qırmızı işığında keçən 90-VF-*** dövlət nömrə nişanlı, “Daewoo Centra” markalı avtomobilin sürücüsü saxlanılıb.

Gundem.az Avtosfer.az-a istinadən xəbər verir ki, ərazidə xidmət aparan 99-YP-279 dövlət nömrə nişanlı patrul avtomobilinin ekipajı sürücü K.Quluzadə barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə qərarsız protokol tərtib edib.

Protokol tərtib olunduqdan sonra K.Quluzadə bu barədə anasına məlumat verib. İttihama görə, az sonra 99-KJ-*** dövlət nömrə nişanlı, digər avtomobillə gələn sürücünün anası yol polislərini izləyərək 99-YP-279 dövlət nömrə nişanlı patrul maşınının qarşısını kəsərək YPX əməkdaşlarını təhqir etməyə başlayıb, oğluna əsassız olaraq protokol yazıldığını bildirib.

Yol polisi əməkdaşları bu barədə 23-cü polis bölməsinə məlumat verib. Hadisə yerinə yaxınlaşan Post Patrul Xidmətinin əməkdaşları xanım sürücü və oğlunu bölməyə aparıblar. Bölmədə xanım sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib olunub.

Həmçinin idarə etdiyi avtomobilə baxış keçirilən zaman nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair tələblərin pozulması, ön və arxa faralarda plyonka olduğu, arxa şüşəsilənlərin olmadığı aşkarlanıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 342.1.3, 342.5, 342.2.4-cü maddələri ilə protokol tərtib olunub və avtomobil evakuator vasitəsilə duracağa yerləşdirilib.

Xanım sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Nizami Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə təqsirli bilərək barəsində 5 gün müddətində inzibati qaydada həbs qərarı çıxarıb.

Son xəbərlər

Üçüncü övladını dünyaya gətirərkən öldü... - VİDEO

Bu BÜRCLƏR böyük dəyişikliklərin astanasındadır: yeni həyata başlayacaqlar

Aygün Kazımova toya bəyin dostu ilə "oyun çıxardı" - VİDEO

Azərbaycanda bu qida BAHALAŞACAQ: 10 gün qalıb...

Buraxılış imtahanının nəticələri AÇIQLANDI

Tramp "Apple"ı tariflərlə hədələdi

NATO Rusiya sərhədində PUA buraxacaq

Rusiya bir həftədə 1548 ədəd PUA vurub - MN

Toral Bayramov Avropa Liqasında 10-luğa düşdü

Çətin günlər geridə qaldı – Bu BÜRCLƏR xoşbəxtlik tapacaq

Türkiyədə DƏHŞƏT: ölən turistin ürəyini oğurladılar

Linkolnun qanlı əlcəkləri 1,5 milyona satıldı

Bu Avropa ölkəsində əhalinin sayı sürətlə azalır

“Vaqa" ləqəbli tiktokerin həbs müddəti uzadıldı

Müğənnini tava ilə döyüb öldürdülər

“Qalatasaray” onunla müqaviləni uzadır

Sürücülərin nəzərinə -Bu yol təmir olunur

Türkiyəli məşhur aktyorlar barəsində həbs qərarı...

Modriç buna görə "Real"dan getdi

Xarici bazarlara pomidor ixracı neçə faiz artıb?

Bütün xəbərlər