Hadisə
23.02.2024 / 23:04
303
Gəncədə ata 12 yaşlı qızını bıçaqladı
Gəncədə həyat yoldaşı ilə dalaşan kişi qızına bıçaqla xəsarət yetirib.
Gundem.az xəbər verir ki, hadisə şəhərin Şahsevənlər küçəsində baş verib.
Sözügedən ünvanda yaşayan İlham İsrafilov həyat yoldaşı Könül İsrafilova ilə mübahisə edib.
Mübahisədən əsəbiləşən ər həyat yoldaşını bıçaqla vurmaq istəyib. Bu zaman onun qarşısına 12 yaşlı qızı keçib.
Nəticədə İlham İsrafilov bıçaqla qızı - 2012-ci il təvəllüdlü Aysu İsrafillini vurub.12 yaşlı qız bud nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay