Hadisə
05.04.2024 / 15:25
168
Balakəndə AVTOMOBİL QƏZASI - 8 yaşlı uşaq öldü
Balakəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gundem.az xəbər verir ki, bu barədə Sfera.az-a DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, aprelin 5-də saat 13 radələrində Balakən rayonunun Şərif kəndində Şamil Horcolov idarə etdiyi “QAZ-24” markalı avtomobil ilə piyada, 2016-cı il təvəllüdlü S.Abdullayevanı vurub.
Azyaşlı aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay