Hadisə
06.04.2024 / 19:06
168
Bakıda avtomobil təmiri sexində yanğın oldu
Bakıda avtomobil təmiri sexində yanğın olub.
Bu barədə Gundem.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Suraxanı rayonunda ümumi sahəsi 120 m² olan avtomobil təmiri sexində 1 ədəd "AzSamand" markalı minik avtomobili yanıb və 2 ədəd "AzSamand" markalı minik avtomobili qismən qarsalanıb.
Sex və avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay