BAKU Azərbaycan
°C

“Bəzən qətillərə səbəb heç də tamah və ya əxlaq problemlərindən qaynaqlanmır”.

Gundem.az bildirir ki, bunu "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

O, tədqiqat aparan zaman görüşdüyü bir məhbusla bağlı xatirəsini də bölüşüb.

“Həmin adam anasını öldürmüşdü. Öldürdükən sonra isə gedib yerində saatlarla sakitcə uzanmışdı. Hadisəyə təkən verən səbəb xalasının bir sözü olmuşdu. Hadisədən bir il əvvəl xalası, “Get, əxlaqsız ananın dərdini çək” demişdi. Oğlanın yaxşı ailəsi var idi, atası və anası birgə yaşayırdı. Bir il sonra xala yenə oğlana eyni ifadəni işlətmişdi. Oğlan bu sözdən sonra evə gəlib anasını qətlə yetirmişdi. Yəni sadəcə kiminsə ehtiyatsız, biganə və yaxud eyham dolu sözləri qətl üçün təkanverici bir səbəbə çevrilə bilər”.

M.Zeynalova qeyd edib ki, insanlar sözlərdən istifadə edən zaman ehtiyatlı olmalıdırlar:

 

“Qarşımızdakı şəxsin həmin an və ya bu və digər səbəbdən müəyyən dövr ərzində şüurunda ilişib qalmış hadisə, söz, inciklik, psixikasına təsir edən istənilən təzyiq onun qatil olması ilə nəticələnə bilir. Bu, bir andır. Həmin an kiminsə davranışında hiss etmədiyimiz, sözlə ifadə etmədiyi bir dəyişiklik faciə ilə nəticələnə bilir. Bütün qətillərin arxasında planlama dayanmır”.

Qeyd edək ki, aprelin 19-u saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1962-ci il təvəllüdlü Məmmədov Hakim və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Məmmədova Zərifənin yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə onların oğlu, 2000-ci il təvəllüdlü Məmmədov Fikrət Hakim oğlu şübhəli bilinir.

O, polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.  (Sfera.az)

 

Son xəbərlər

Magistral yolun bir hissəsi uçdu: 18 avtomobil uçuruma düşüb, tələfat var

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Bakı-Sumqayıt qatarını daşa basdılar - RƏSMİ

Gürcüstanda etiraz aksiyaları: Polis su şırnaqları və rezin güllələrlə insanları dağıtdı

50 aptekdə yoxlama aparıldı, 7-də nöqsan aşkarlandı

Neft ucuzlaşır – “Azeri Light”ın YENİ QİYMƏTİ

Bu şəhərdə dondurma və pizza yemək QADAĞAN EDİLƏCƏK

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

19, 20, 21 və 28 may tarixləri ilə bağlı əhaliyə MÜHÜM XƏBƏRDARLIQ!

İlham Əliyev İraq Parlamentinin sədrini QƏBUL ETDİ - FOTO

Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO

Ağakərimin son vəziyyəti AÇIQLANDI

Ukraynada yaralanan azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI

Gömrük Komitəsinin sabiq əməkdaşına hökm oxundu

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi

Addison xəstəliyi nədir və necə müalicə olunur?

Bəy gəlini "moyka"da "yudu" - VİDEO

Fransa XİN başçısı Benyamin Netanyahu ilə GÖRÜŞDÜ 

Əhaliyə hava ilə bağlı MÜHÜM XƏBƏRDARLIQ!

Bütün xəbərlər