BAKU Azərbaycan
°C

Bakıda xidməti vəzifəsini icra edən "Azparking" əməkdaşına qarşı xuliqanlıq edən şəxs məsuliyyətə cəlb edilib.

Gundem.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsində qeydə alınıb.

Gəncə şəhər sakini olan və "Muzey" hoteldə icraçı direktor vəzifəsində işləyən 1994-cü il təvəllüdlü Z.Məmmədov ərazidə parkalanma fəaliyyətinə nəzarət edən əməkdaşa qarşı kobud davranaraq onu təhqir edib.

Belə ki, avtomobilini park edən sürücü ictimai yerdə xidməti vəzifəsini yerinə yetirən "Azparking" işçisinə hər hansı ödəniş etmək fikrində olmadığını deyib. Parklanmanı tənzimləyən şəxs isə sürücüyə mobil tətbiq vasitəsilə ödəniş edə biləcəyini bildirib. Bu zaman Z.Məmmədov onu söyərək təhqir edib.

Hadisə barədə polisə müraciət edildikdən sonra Z.Məmmədov saxlanılıb. Barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ona 10 sutka inzibati həbs cəzası verilib.

Son xəbərlər

Hacıağa Əliyev YÜKSƏK VƏZİFƏYƏ təyin olunu

Britni Spirsə nə olub? - “İnstaqram” səhifəsini sildi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Elza Seyidcahanın boşandığı əri illər sonra ortaya çıxdı - VİDEO

Dünyanın ən yüksək astronomik rəsədxanası açıldı: Tikintisi 26 il çəkib

Məktəblilərimiz olimpiadada üç medal qazandı - FOTO

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb - VİDEO

Sabah bu ərazilərdə qaz olmayacaq

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO

Ukrayna XİN başçısı: "Cəbhədə vəziyyət daha da pisləşə bilər"

Prezidentin sərəncamı 3 minə yaxın şəxsə ŞAMİL OLUNACAQ

Külək güclənəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ

Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam VERİLDİ

Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM

Prezident Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ÜNVANLADI

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi QƏBUL EDİLDİ

Şahin Mustafayev Rusiyaya SƏFƏR EDƏCƏK

Prezident: "COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər plana uyğun davam etdirilir"

Azərbaycanda tanınmış həkim VƏFAT ETDİ - FOTO

Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI

Bütün xəbərlər