Hadisə
22.04.2024 / 22:57
176
Ödənişli yolda qəza baş verib, yaralananlar var - FOTO
Bakı-Quba-Rusiya Federasiyası sərhədi yeni ödənişli avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gundem.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə yolun Xaçmaz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
"KİA" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində dərəyə aşaraq ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan 5 nəfərdən 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar təcili tibbi yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Faktla bağlı araşdırma aparılır.
Məqaləyə dair fotomateriallar:
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay