BAKU Azərbaycan
°C

Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Gundem.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə Məlumatında deyilir.

Aprelin 27-də Abşeron rayonu ərazisində 1984-cü il təvəllüdlü Zaur Seyfullayevin ölməsi barədə məlumat daxil olub.

Məlumat əsasında Abşeron rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlər əsasında peşəkarlıqla icra olunan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində 2002-ci il təvəllüdlü Sərxan Əliyevin Abşeron rayonunun Məmmədli kəndi ərazisində yerləşən fərdi yaşayış evlərində birində tanışı Zaur Seyfullayevlə spirtli içki qəbul etdikdən sonra aralarında yaranmış mübahisə zamanı sonuncuya yumruqla zərbə vurması nəticəsində onun yıxılaraq aldığı xəsarətdən ölməsi və bundan sonra zərəçəkmiş şəxsin meyitini basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Sərxan Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Həmçinin, Sərxan Əliyevin ilkin ifadəsi əsasında Zaur Seyfullayevin meyitinin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalist və ekspertin iştirakı çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Son xəbərlər

Məhkəmə “Abzas Media” işi çərçivəsində saxlanılan üç nəfər barədə qərar qəbul edib

Azərbaycanda ana iki qızını KÜÇƏYƏ ATDI: "Üçüncüsü isə..."

Zelenski: "Avropa bir çox başqa xalqların taleyinin həll olunduğu döyüş meydanına çevrilib"

Azərbaycanın NATO-dakı üzvləri İkinci Dünya müharibəsində həlak olan azərbaycanlıları ANDILAR

AAF prezidenti türkiyəli həmkarı ilə GÖRÜŞDÜ

"Anadolu Ankası - 2024" təlimi davam edir - VİDEO

Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə ÇAĞIRDI

Azərbaycanda Türkiyə və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər KEÇİRİLƏCƏK

Doğumu artırmaq üçün nazirlik yaradılacaq – Asiya ölkəsində məcburi addım

İsraillə ən böyük müttəfiqi arasında GƏRGİNLİK: "ABŞ-nin bu hədəsi..."

Gürcüstanlı nazir: "Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik"

Putinlə Paşinyan razılaşdı: Rus sərhədçiləri ÇIXARILIR

Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal ALIB

Şvıdkoy: "Heydər Əliyevin iradəsi olmasaydı, Azərbaycan da olmaya bilərdi"

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb? - "Telekanal rəhbərliyi..." + AÇIQLAMA

Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini AÇIQLADI

Müdafiə Nazirliyinin şəxsi heyəti ikinci dünya müharibəsində həlak olanların xatirəsini YAD ETDİLƏR

Maykl Cekson məşhur rəqsini azərbaycanlılardan “oğurlayıb” - VİDEOFAKT

Zelenski Zalujnını Britaniyaya səfir TƏYİN ETDİ

Xocalıda insan qalıqları TAPILDI

Bütün xəbərlər