BAKU Azərbaycan
°C

"Beşiktaş" Futbol Klubunun ən böyük azarkeş qrupları "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun adını klubun prezidentliyinə namizəd olaraq irəli sürüb.

Gundem.az xəbər verir ki, bu barədə "Palmali" Şirkətlər Qrupunun sözçüsü Fidan Quliyeva məlumat verib.

Onun sözlərinə görə, X sosial şəbəkəsində azarkeşlərin dəstək verdiyi namizədlər arasında azərbaycanlı iş adamı, "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun da adı çəkilir.

"Türkiyənin ən köklü və ən böyük futbol klublarından biri olan "Beşiktaş" klubunun qarşıdan gələn klub prezidenti seçkiləri həm azarkeşlər, həm də futbol dünyasında böyük maraq doğurur. "Beşiktaş" geniş azarkeş kütləsinə sahibdir. Buna görə də klub başkanlığı yarışına dair müzakirələr və ehtimallar sosial mediada sürətlə yayılır.

X-də azarkeşlərin dəstək verdiyi namizədlər arasında azərbaycanlı iş adamı, "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun da adı çəkilir.

O da qeyd edilir ki, klub fanatları həm Mübariz Mənsimova, həm də yerli iş adamlarına hazırda maddi sıxıntı yaşayan "Beşiktaş" klubuna dəstək verilməsi ilə bağlı çağırış ediblər.

İş dünyasındakı təcrübəsi və idman yatırımları ilə məşhur olan M. Mənsimov azarkeşlər arasında xüsusi diqqət çəkir", - paylaşımda qeyd olunub.

Bildirək ki, azarkeşlərin klub prezidentliyi ilə bağlı təklifinə Mənsimov hər hansı fikir bildirməyib. Onun bu təklifi qəbul edib-etməyəcəyi hələlik açıqlanmayıb.

 

Son xəbərlər

Azərbaycana ucuz avtomobillər gətirildi - VİDEO

Abdolbari Gözəl vəfat etdi

80 minlik dələduzluğa məruz qalan Hökumənin atası danışdı

"Barselona”dan yeni rekord: 20 milyon...

Bu rayonlara qar yağır

İmişlidə qəza: hadisə yerində xuliqanlıq edənlər saxlanıldı

TƏBİB-dən İmişlidəki qəza ilə bağlı açıqlama

Hökumənin ailəsindən oğurlanan pul belə geri qaytarıldı

Sürücülərə xəbərdarlıq!

3 uşaq atasının meyiti tapıldı

Deniz Akkaya 13 il müddətinə həbs edildi

Velosipedini qırmızı xalçada parkinq etdi, cərimələndi

Polis əməliyyatlar keçirdi - 38 nəfər saxlanılıb

Bu BÜRCLƏR tezliklə əsl xoşbəxtliyi tapacaq

Belçika millisinin baş məşqçisi istefayaGÖNDƏRDİ

Müdafiə Nazirliyi məlumat yaydı -VİDEO

İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır!

Cəbrayıla daha 42 ailə yola salındı

Maşın eşşək arabası ilə toqquşdu: ölən var

Qəzza ilə bağlı atəşkəs: 5 ölkə nəzarət edəcək

Bütün xəbərlər