
İdman
14.03.2025 / 22:30
334
"Fənərbağça və Qalatasaray" bu tarixdə qarşılaşacaq
Fənərbağça və Qalatasaray arasındakı derbinin tarixi açıqlanıb.
Gundem.az türkiyə mediasına istinadla xəbər verir ki, Ziraat Türkiyə Kubokunun 1/4 final mərhələsindəki bu qarşılaşma 2 aprel 2025-ci il, çərşənbə günü saat 20:45-də keçiriləcək. Eyni gün Trabzonspor - Bodrum FK matçı da saat 17:45-də olacaq.
Fənərbağça və Qalatasaray bu mövsümdəki iki liqa matçında da qarşılaşıb. İlk qarşılaşmada Qalatasaray Fənərbağçanı 3-1 hesabı ilə məğlub edib, ikincisi isə 0-0 bərabərliklə başa çatıb.
Qalatasaray 29 martda səfərdə Beşiktaşla oynayacaq, ardınca isə 2 apreldə Fənərbağçaya qarşı çıxacaq.
Fənərbağça isə Qalatasaray matçından sonra Trabzonsporla qarşılaşacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay