BAKU Azərbaycan
°C

Futbol üzrə hazırkı dünya çempionu Argentina millisi DÇ-2026-nın seçmə mərhələsinin 14-cü turunda Braziliyaya böyük hesabla (4:1) qalib gəlib. 

Gundem.az xəbər verir ki, bu uğur zədə səbəbindən iştirak etməyən Lionel Messinin komandasına erkən dünya çempionatına vəsiqəni təmin etməyə imkan verib.

Argentinanın "Monumental Antonio Vespucio Liberti" arenasında təkcə Cənubi Amerikanın deyil, bütün planetin titullu komandalarının döyüşü baş tutub. 60 mindən çox tamaşaçı önündə dünyanın ən yaxşı komandası "pentakampionlar"ı 4:1 hesabı ilə məğlub edib.

Argentinanın qollarını Enzo Fernandes, Xulian Alvares, Aleksis Mak Allister və Culiano Simeone vurub. Braziliya buna Matheus Kuninin təsəlli qolu ilə cavab verib.

Evdəki uğuru sayəsində Argentina 2026-cı il Dünya Çempionatına vəsiqə qazanan ilk Cənubi Amerika komandası olub.

Messinin komandasına bu seçmə mərhələdə Boliviya ilə Uruqvay arasında 0:0 hesablı heç-heçə də kömək edib.

Boliviyalı futbolçular xal baxımından Lionel Skaloni yetirmələrinə yetişmək şanslarını itiriblər; seçmə mərhələyə dörd tur qalmış argentinalılardan 14 xal geri qalırlar.

"Bizim 31 xalımız var, asan görünə bilər, amma sizi əmin edirəm ki, bu, heç də belə deyil. Buna nail olduq, tərifə layiqdir. Bazada biz Uruqvayın Boliviya ilə səfər oyununa baxdıq, orada özümüz necə oynadığımızı xatırladıq və bunun nə qədər çətin olduğunu düşündük. Ən başlıcası turnirin finalına vəsiqə qazandıq"", - Argentina millisinin baş məşqçisi Lionel Skaloni deyib./lent.az

Son xəbərlər

Gürcüstan Azərbaycanı ilk dəstəkləyən ölkələrdən idi

Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır

“Baku City Residences” “Dayanıqlı inşaat şirkəti mükafatı”na LAYİQ GÖRÜLDÜ

Bu həftə sonu bu bürclərin bəxti açılacaq: Hədiyyə, xoş xəbər, sürpriz...

Qonşu ölkə işıqsız qaldı

Tanınmış futbolçu faciəvi şəkildə öldü - FOTO

İstirahət gününün HAVASI

Bir günə 22 min manat

Bu qurumun işçilərinin sayı artırıldı

Prezident Qanun imzaladı: 2033-cü il yanvarın 1-dək qüvvədədir

Ancaq özlərini düşünən BÜRCLƏR: dünya-aləm veclərinə deyil

"Üzeyiri nümunə göstərmək FACİƏDİR"

"Gecə ərimlə yatdığımız yerdə durum deyim ki..."

23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir

ABŞ İraqı bombalayanda 150 milyon rus dua etdi - Səfir

Maskın uşaqlarının analarına şok təklifi ortaya çıxdı

Bu klub Mahiri transfer etmək istəyir

İrem ana olacaq - FOTO

Qızıldan tort satışa çıxarıldı - FOTO

Kommunal qiymətlərin artımına görə anasını öldürdü

Bütün xəbərlər