
İdman
17.06.2025 / 20:30
144
Ronaldo Trampa formasını hədiyyə etdi
Portuqaliya millisinin məşhur futbolçusu, "Qızıl top"un beşqat qalibi Kristiano Ronaldo ABŞ Prezidenti Donald Trampa üzərində adı və şəxsi avtoqrafı olan formasını hədiyyə edib.
Gundem.az xəbər verir ki, bu barədə Portuqaliya millisinin mətbuat xidməti xəbər verir.
Portuqaliya millisinin köynəyinin üzərində "Sülhün tərəfdarı olan prezident Donald Tramp" yazıları yer alıb. Forma Trampa Avropa Şurasının rəhbəri Antonio Kosta tərəfindən verilib.
Qeyd edək ki, Ronaldu beşqat Çempionlar Liqasının, ikiqat Millətlər Liqasının qalibi, və Avropa çempionu adlarına yiyələnib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay