12.08.2022 / 17:20
326
UEFA İrəvandakı “Respublika” stadionunu diskvalifikasiya edə bilər
İrəvandakı “Respublika” stadionu UEFA tərəfindən diskvalifikasiya edilə bilər.
Gundem.az xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyası və “Pünik” futbol klubunun birgə bəyanatında deyilir.
“Meydana mitinqlərdə iştirak edən onlarla vətəndaş, əsasən yeniyetmələr qaçırlar, tribunalarda mütəmadi olaraq davalar qeydə alınır və bir sıra siyasi aksiyalar keçirilib. Təhlükəsizlik Xidmətinin əməkdaşları da öz vəzifəsinin öhdəsindən gələ bilmirlər, buna görə də üzr istəyirik... Əgər belə hallar dayanmasa, Ermənistanda yüksək Avropa standartlarına uyğun olan yeganə stadion diskvalifikasiya edilə bilər. Və həm Ermənistan yığması, həm də klublarımız ev oyunlarını digər ölkələrdə neytral sahələrdə keçirməli olacaqlar”, - sənəddə qeyd olunur.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay