İdman
01.12.2022 / 16:00
302
“Mənim səhvimdən sonra komanda daha yaxşı oynadı” - Messi
Argentina yığmasının ulduzu Lionel Messi Polşa ilə matçda qola çevirə bilmədiyi penaltidən danışıb.
Gundem.az xəbər verir ki, o, etdiyi səhvdən sonra komandanın daha yaxşı oynadığını bildirib:
“Mənim səhvimdən sonra komanda daha yaxşı oynadı. Hesab açılan kimi oyunun dəyişəcəyini bilirdik. Dünya çempionatında yeni mərhələ start götürmək üzrədir. İnanıram ki, qələbələrə davam edəcəyik”.
Qeyd edək ki, Argentina Polşanı 2:0 hesabı ilə məğlub edib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay