İdman
22.01.2023 / 14:45
542
Mahir Emreli oynadı, “Dinamo” xal itirdi
Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Dinamo" Xorvatiya çempionatında növbəti oyuna çıxıb.
Gundem.az xəbər verir ki, Zaqreb klubu 18-ci turda "Qoritsa"nı qəbul edib. Matç qolsuz bərabərliklə başa çatıb. M.Emreli sözügedən görüşə ehtiyat oyunçular skamyasında başlayıb.
O, 62-ci dəqiqədə meydana daxil olub və sona kimi oynayıb.
Qeyd edək ki, "Dİnamo" 17 oyuna 42 xalla liderdir. "Qoritsa" isə 18 oyuna 9 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay