İdman
30.03.2023 / 19:59
311
“Beşiktaş”ın futbolçularına hücum edən azarkeşə həbs cəzası
Türkiyə Super Liqasının “Ankaragücü”-“Beşiktaş” matçında meydana çıxaraq qonaq komandanın futbolçularına hücum çəkən azarkeşin cəzası bəlli olub.
Onun həbs edilməsinə qərar verilib. Azarkeş 1 il 8 ay həbs cəzası alıb.
Ötən ilin 4 sentyabrında keçirilmiş sözügedən matçın final fitindən sonra bir azarkeş qapı arxasındakı tribunadan meydana qaçaraq “Beşiktaş” futbolçularını təpikləməyə başlamışdı.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay