BAKU Azərbaycan
°C

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çunu qəbul edib.

Gundem.az xəbər verir ki, dövlətimizin başçısı Çunqvon Çu ilə görüşlərini məmnunluqla xatırlayaraq, Dünya Taekvondo Federasiyasının 50 illiyi münasibətilə təbriklərini çatdırıb.

Görüşdə taekvondo üzrə 26-cı dünya çempionatının Bakıda keçirilməsinin önəmi vurğulanıb.

Çunqvon Çu bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu məmnunluqla bildirərək qeyd edib ki, 144 ölkənin nümayəndəsinin iştirakı ilə keçirilən bu idman yarışı taekvondo tarixində ən böyük çempionatdır. Qonaq bu çempionatın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunduğu dövrə təsadüf etməsinin rəmzi məna daşıdığını vurğulayıb.

Çunqvon Çu rəhbərlik etdiyi federasiyanın Azərbaycan Taekvondo Federasiyası ilə uzun illər uğurlu əməkdaşlıq həyata keçirdiyini deyib.

Söhbət zamanı Azərbaycanda idmanın inkişafına yüksək dövlət qayğısının göstərildiyi qeyd olunub, ölkəmizin dünyanın mötəbər idman yarışlarına uğurla ev sahibliyi etməsinin əhəmiyyəti bildirilib.

Dövlətimizin başçısı Bakı ilə yanaşı, rayonlarımızda da müasir idman komplekslərinin fəaliyyət göstərdiyini deyib, işğaldan azad edilmiş ərazilərimizdə də geniş idman infrastrukturunun yaradılacağını vurğulayıb.

Görüşdə ölkəmizdə taekvondoya olan maraq qeyd edilib, 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında idmançımızın qızıl medal qazandığı xatırlanıb.

Son xəbərlər

Bakıda məşhur əyləncə mərkəzi yanır - VİDEO

Ceyranbatan su kanalında 1 nəfər batdı

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Beynəlxalq Çin Dili Günüdür

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

Cavanşir Məmmədovla vida mərasimi KEÇİRİLİR

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Bütün xəbərlər