BAKU Azərbaycan
°C

“Zaqatala”nın futbolçusu Mahmud Məmmədov dopinqə görə diskvalifikasiya olunub.

Gundem.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki o, 23 dekabr 2022-ci il tarixində Azərbaycan Milli Antidopinq İntizam Komitəsi (AMAİK) tərəfindən qəbul edilən qərarla Antidopinq Qaydalarının 2.1-ci və 2.2-ci maddələri ilə nəzərdə tutulmuş qayda pozuntularını törətmiş hesab edilib.

Bu səbəbdən M.Məmmədov barəsində məcburi şərti kənarlaşdırma - 28 iyun 2022-ci il tarixindən hesablanmaqla 2 illik diskvalifikasiya sanksiyası tətbiq edilib.

2022-ci il mayın 17-də I Divizionun “Neftçi-2” ilə qarşılaşmasında çıxış edən futbolçudan Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən toplanan müvafiq nümunələr laboratoriyaya göndərilib və qadağan edilmiş maddənin mövcudluğu aşkar edilib.

FİFA 9 fevral 2023-cü il tarixində qəbul edilən qərarla AMAİK-in 23 dekabr 2022-ci il tarixli qərarını tanıyıb.

Son xəbərlər

Rusiyalı məşhur infark keçirdi: Reanimasiyaya yerləşdirildi

Şəkidə obyektə tüfənglə atəş açan şəxs saxlanıldı

Nail Naiboğluna itki - FOTO

Ödənişli yolda ağır qəza - Ölənlər var

Cəlal Arutyunyana qarşı cinayət işi məhkəməyə göndərilib

Gəncədə obyektdə yanğın olub

Laçında açıq səma muzeyi yaradılacaq

Türkiyədə azərbaycanlı məmurlara qarşı dələduzluq

Xaçmazda avtomobil aşıb, ölən və yaralanan var

Bakıda gənc qız özünü ASDI

Yeni İl axşamı üçün ən dəbli makiya - FOTO

Xankəndidə xəstəxanada partlayıcı qurğular aşkarlandı

Bank kartlarından bu yolla 3128 manat oğurladı - FOTO

“Qarabağ Universiteti təhsilin brendi olacaq”

Azərbaycanda həbs edilən 3 dələduz Özbəkistana təhvil verildi

İşıq limiti ARTIRILACAQ? – RƏSMİ AÇIQLAMA

Avtobusların bu yolla hərəkətinə icazə verildi

Əziz Səncər AMEA-nın fəxri üzvü seçiləcək

"ATV-nin rəhbərliyini Allaha həvalə edirəm"

Samir Nuriyev işğaldan azad edilmiş ərazilərlə bağlı VACİB TAPŞIRIQ VERDİ

Bütün xəbərlər