BAKU Azərbaycan
°C

“Qəbələ” Azərbaycan Premyer Liqasının 15-ci turunda səfərdə “Qarabağ”a 0:3 hesabı ilə məğlub olub.

Gundem.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Bizim üçün ağır oyun alındı. İstədiyimizi meydanda göstərməyə rəqib imkan vermədi. Komandamdan daha çox dinamika gözləyirdim. Amma yenə qol epizodlarımız oldu. Hesab 1:0 olanda, epizodları vursaydıq, nəticə fərqli olardı. Səviyyə fərqini danmaq olmaz. “Qarabağ” layiqli qələbə qazandı.

– “Kəpəz”lə matçınız olacaq, altı xallıq oyundur. Bu görüş nə dərəcədə önəmlidir?

– Hələ o oyunu düşünmürdük. Bu matçı fikirləşirdik.Hər xal önəmlidir. Çempionatda hər komandadan xal almaq mümkündür.

– Ülvi İsgəndərov haqda hansı fikirdəsiz? Keçən mövsüm qollar vururdu…

– Ülvi də çalışır. Keçən il daha uğrulu alınırdı. Daha da artığını etməlidir ki, qolları gəlsin. Potensialı olan futbolçudur. Üzərində çox işləməlidir ki, alındırsın.

– “Qarabağ”ın ağır səfərdən gəlməsi sizdə az da olsa, arxayınçılıq yaratmamışdı?

– Bizim üçün ağır olacaqdı. Mövsümün əvvəlində “Omoniya” ilə oynadıq, iki gün sonra “Sabah”a uduzduq. Bizim kimi komandalara ağır olur. Amma “Qarabağ”ın heyəti genişdir, onlar üçün rotasiyaya etmək rahatdı.

– İlk qolu analiz etdiz?

– Hələ baxmamışam. Rahat qol olmur. Rəqibin də vurduğu qolu kiçiltmək lazım deyil. Sadəcə boşluqdan istifadə etdilər.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər