\"Barselona\" bu futbolçuları buraxmaq istəmir
“Barselona”nın prezidenti Joan Laporta bildirib ki, Kataloniya klubu müdafiəçi Joao Kanselo və cinah yarımmüdafiəçisi Joao Feliksi cari mövsümün sonunda icarə müqavilələri başa çatdıqdan sonra komandada saxlamaq niyyətindədir.
Gundem.az xarici mediaya istinadla bildirir ki, klub prezidentinin sözlərinə görə, adı çəkilən futbolçular növbəti mövsümlərdə komandada saxlanılacaq:
“Kanselo və Feliks bizə qoşulandan bəri yüksək səviyyədə oynayırlar. Klub onları növbəti mövsümlərdə saxlaya biləcək. Yaxın gələcəkdə bu oyunçularla bağlı danışıqlara başlamağı planlaşdırırıq, çünki bizim həm “Mançester Siti”, həm də “Atletiko” ilə yaxşı münasibətlərimiz var”.Xatırladaq ki, daha əvvəl mətbuatda “Barselona”nın Kanselo üçün 15 milyon avrodan çox pul ödəməyə hazır olacağı barədə məlumatlar yayılıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay