13.04.2024 / 23:47
429
Şahruddinin komandası heç-heçə etdi
Türkiyə Superliqasında 32-ci turun oyunları davam edir.
Gundem.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Demirspor" "Kayserispor"u qəbul edib. Görüş 0:0 hesabı ilə başa çatıb.
Ş. Məhəmmədəliyev bu matçda meydana start heyətində çıxıb və sonadək oynayıb.
32 turdan sonra 40 xal toplayan "Adana Demirspor" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. "Kayserispor" 37 xalla 14-cüdür.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay