BAKU Azərbaycan
°C

Vətəndaşların əksəriyyəti daha bir əmlak məsələsindən əziyyət çəkirlər. Söhbət çıxarışsız torpaq sahələrindən, fərdi həyət evlərindən gedir.  Belə ki, 2023-cü ilin oktyabr ayından etibarən yeni qərara əsasən, artıq çıxarışı olmayan  torpaq sahələri üzərində tikilmiş yaşayış evlərinə qaz, su, işıq və digər kommunikasiya xətlərinin çəkilişi qadağan olunub.

Gundem.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, bu istiqamətdə artıq sərt tələblər də var:

“Yəni hər hansısa bir işıq, qaz, su, digər kommunikasiya şöbələrində işləyən şəxslər bu cür çıxarışsız torpaq sahələri üzərində tikilmiş evlərə kommunikasiya xətlərinin çəkilməsinə icazə verərlərsə, onlar cəzalandırılacaqlar. Adətən yay aylarında torpaq və fərdi həyət evlərinin alqı-satqısı daha sürətli olur.  Ölkədə, xüsusən Bakı və Abşeron ərazisində torpaqların böyük əksəriyyətinin çıxarışı yoxdur. Bu səbəbdən təkcə Bakı və Abşeronda yüz minlərlə, bəzi rəqəmlərə görə, 500 minə yaxın çıxarış ala bilməyən fərdi həyət evləri mövcuddur. Çox sayda torpaq sahələrinin də çıxarışı yoxdur.  Yeni qərar qüvvəyə mindikdən sonra artıq o torpaqlar üzərində fərdi həyət evləri tikilmir. Buna görə də tikinti bazarında çöküş müşahidə olunur. Vətəndaşların mülkiyyət hüquqları da pozulur”.

Ekspert bildirib ki, burada birmənalı olaraq vətəndaşlar günahkar deyil:

“Çünki onların hər birinin əlində hansısa dövlət qurumunun verdiyi sənəd var. Yəni icra hakimiyyətləri, bələdiyyələr və digər qurumlar bir zamanlar vətəndaşlara yaşayış vəziyyətinin yaxşılaşdırılması üçün torpaq sahələri ayırırdılar, yaxud satırdılar. Həmin sənədlər üzərində də vətəndaşlar o torpaqları alıb, lakin onların özəlləşdirilməsində ciddi problemlər yaşanır. Bu səbəbdən bu gün həmin insanlar nə tikinti işləri apara bilirlər, nə də sahələri sata bilirlər. Bunun fəsadları daha geniş olacaq. Ötən ilin oktyabrından qüvvəyə minmiş qərardır, uzun müddət keçməyib, amma buna baxmayaraq,  artıq tikinti bazarında ciddi problemlər müşahidə olunur. Ucuz fərdi həyət evləri axtaran şəxslər də əziyyət çəkirlər, çünki satılan torpaqlar daha çox çıxarışlı torpaqlardır və onların qiymətləri kəskin bahadır. Bu problemlərin aradan qaldırılması üçün isə birmənalı olaraq həmin torpaq sahələri çıxarışla təmin olunmalıdır”. (Sfera.az)

 

Son xəbərlər

Məşhur saç boyasının tərkibində sonsuzluğa səbəb olan maddə tapıldı

Tanınmış aktrisa saxlanıldı - FOTO

Əgər xalq mənim qərarıma qarşı çıxarsa... - Paşinyan

İsrail Qəzza sakinlərinə çağırış etdi

Danimarkada qadınlar məcburi hərbi xidmət edəcək

"İnci taneleri" final edir

Biləsuvar Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarıldı

Dünyanın ən hündür stadionunda oynadılar, nəfəsləri çatmadı - VİDEO

Yasamalda yük maşını yandı - VİDEO

Razılığa gəlmişik, yalnız imzalamaq qalır - Rubinyan

“Evi təmizləmək üçün bir gün vaxt istədi”

Pezeşkian Urmiya gölünə getdi

Azərbaycanda zəlzələ oldu - Yenilənib

İmamoğlunun yerinə o seçildi

Anasının imtina etdiyi körpə Bakıya gətirildi, xəstəxanaya yerləşdirildi

Sevgilisinin ETİRAFI Leonardo Di Kaprionu TƏƏCCÜBLƏNDİRDİ

İmamoğlunu kim əvəz edəcək? - Səsvermə başladı

Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib

Türkmənistan Prezidenti İlham Əliyevi təbrik etdi

Liviya Dövləti Prezident Şurasının Sədri Prezident İlham Əliyevi təbrik edib

Bütün xəbərlər