BAKU Azərbaycan
°C

"COP29-a sədrlik edən ölkə olaraq bizim üçün bütün fikirləri eşitmək, konsensusa əsaslanan proqram hazırlamaq və iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün hər kəsin imkanını genişləndirən ümumi həllər tapmalıyıq".

Gundem.az xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Bakıda "COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək" mövzusunda keçirilən yüksəksəviyyəli görüşdə deyib.

"Biz COP29-u inklüziv, şəffaf və qərəzsiz keçirməyə can atırıq", - o bildirib.

M.Babayevin sözlərinə görə, COP29 komandası milli iqlim fəaliyyət planları vasitəsilə bütün tərəflərə öz ambisiyalarını yüksəltməyə kömək etmək üçün çalışır.

"Son aylarda komandamız maraqlı tərəflər və müvafiq beynəlxalq təşkilatların rəhbərləri ilə geniş və məzmunlu məsləhətləşmələr aparıb. Biz ümumi iqlim problemimizin nəticələrini aradan qaldırmaq üçün bütün tərəflərin birgə işləməyə sadiq olduqlarını gördük", - M.Babayev vurğulayıb.

Nazir qeyd edib ki, Petersberq İqlim Dialoqu zamanı komanda bu qlobal problemlə mübarizə üçün ambisiya və fəaliyyətin artırılmasına yönəlmiş COP29 üçün bir baxış ortaya qoyub və indi komanda ümumi plandan daha konkret istiqamətlərə keçməyə hazırdır.

"Biz bütün tərəflərə milli iqlim fəaliyyət planları, milli uyğunlaşma planları və şəffaflıq hesabatları vasitəsilə öz ambisiyalarını yüksəltməyə kömək etmək üçün çalışırıq. Bu planlar və hesabatlar ambisiyaya işarə edərək etimadın yaradılmasına kömək edə, həmçinin sərmayələri istiqamətləndirə bilər. Digər tərəfdən, biz iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsində ədalətli və iddialı yeni məqsəd ilə bağlı razılaşma əldə etməklə, qlobal maliyyə institutlarını gücləndirməklə və iqlim dəyişikliyi ilə mübarizədə özəl sektorun öhdəliklərini təmin etməklə fəaliyyətimizi gücləndirməyə çalışırıq", - nazir deyib.

(report)

Son xəbərlər

Oğurluğa getdi, tutulacağını anlayıb özünə qəsd elədi

Narışkin Bakıda bu ölkənin kəşfiyyatçısı ilə görüşüb

1157-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

“Qartal” restoranında nöqsanlar aşkarlandı

Çin nəhənglərinin Bakıya yolu açıldı: Nələr olacaq?

Prezident Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Prezident Anar Quliyevə yüksək vəzifə verdi - SƏRƏNCAM

Dəli kimi sevən 5 bürc: Gözləri kor, qulaqları kardır

“Mənə lağ edən günümə düşsün”

Əvəz Zeynallı azadlığa buraxıldı

Onlara vəzifə verildi

Bağlı qapı arxasında qalan 2 yaşlı uşaq xilas olundu - VİDEO

Ana 14 yaşlı qızını əxlaqsızlığa məcbur edib?

Bayrağımız yandırıldı: XİN-dən İrəvan və Parisə sərt reaksiya...

Putinə əhalinin neçə faizi güvənir? - SORĞU

"Bakıda 3 evim var"

Əli Əsədov daha bir qərar imzaladı

Bir həftə əvvəl təhqirə görə ağır cəzalanmışdı, yenə eyni cəzanı aldı

“Uzaq sahillərdə” filmi Berlində bərpa olundu

Bakıda yol vermək üstündə dava - Ölən var

Bütün xəbərlər