İqtisadiyyat
22.10.2024 / 10:20
321
Neftimizin qiyməti 74 dolları ötdü
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Gundem.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.05 ABŞ dolları və ya 1.43% artaraq 74.31 dollarına bərabər olub.
Qeyd edək ki, neftimizin öncəki qiyməti 73.26 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay