BAKU Azərbaycan
°C

Son 20 ildə ən gəlirli sərmayə növlərindən biri də qızıl olub. Qızılın dəyəri bu dövrdə 6 dəfədən çox artaraq sahiblərinin sərvətini xeyli artırıb.

Gundem.az xatırladır ki, 20 il əvvəl, yəni 2004-cü ildə xalis qızılın bir troya unsiyasının (31,1 qram) qiyməti 450 dollar idi. Həmin dövrdə bir qram qızıl 14,5 dollara satılırdı. Amma hazırda qızılın qiyməti 2730-2750 dollar arasında dəyişir. İndi qızılın bir qramı 88 dollara yaxındır.

2004-2011-ci illər arasında qızıl davamlı bahalaşıb. Bu müddətdə “nəcib metal”ın qiyməti 450 dollardan 1820 dollara qədər yüksəlib. 2012-2015-ci illər qızılın qiyməti üçün tənəzzül dövrü olub və həmin dövrdə "nəcib metal" 1080 dollara qədər ucuzlaşıb. Lakin 2015-ci ildən başlayaraq qızılın dəyəri yenidən yüksələrək hazırkı qiymət səviyyəsinə çatıb.

Qızılın dəyərində güclü artımların biri 2024-cü ildə müşahidə edilir. Bu il ərzində qiymətli metalın dəyəri təxminən 700 dollar artıb.

Müqayisə üçün bildirək ki, qızılın dəyəri 2004-cü ildən öncəki iyirmiillik dövrdə belə yüksək sürətlə artmamışdı. 1984-2004-cü illəri əhatə edən 20 ildə qızılın qiyməti 325 dollardan 450 dollara qədər yüksəlib ki, bu da cəmi 38,5 faiz artım deməkdir.

Son xəbərlər

Gürcüstan Azərbaycanı ilk dəstəkləyən ölkələrdən idi

Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır

“Baku City Residences” “Dayanıqlı inşaat şirkəti mükafatı”na LAYİQ GÖRÜLDÜ

Bu həftə sonu bu bürclərin bəxti açılacaq: Hədiyyə, xoş xəbər, sürpriz...

Qonşu ölkə işıqsız qaldı

Tanınmış futbolçu faciəvi şəkildə öldü - FOTO

İstirahət gününün HAVASI

Bir günə 22 min manat

Bu qurumun işçilərinin sayı artırıldı

Prezident Qanun imzaladı: 2033-cü il yanvarın 1-dək qüvvədədir

Ancaq özlərini düşünən BÜRCLƏR: dünya-aləm veclərinə deyil

"Üzeyiri nümunə göstərmək FACİƏDİR"

"Gecə ərimlə yatdığımız yerdə durum deyim ki..."

23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir

ABŞ İraqı bombalayanda 150 milyon rus dua etdi - Səfir

Maskın uşaqlarının analarına şok təklifi ortaya çıxdı

Bu klub Mahiri transfer etmək istəyir

İrem ana olacaq - FOTO

Qızıldan tort satışa çıxarıldı - FOTO

Kommunal qiymətlərin artımına görə anasını öldürdü

Bütün xəbərlər