BAKU Azərbaycan
°C

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ƏDV bəyannamələrinin əvvəlcədən doldurulması (prifiling) sisteminin qısa müddətdə tətbiqini nəzərdə tutulur.

Gundem.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu barədə “Vergitutma” və “Biznesə daxilolma” indikatorları üzrə yol xəritələri çərçivəsində görülən işlərlə bağlı konsaltinq və hüquq şirkətləri, habelə ekspertlərin iştirakı ilə keçirilən görüşdə məlumat verilib.

“PwC Azerbaijan”, “Deloitte”, “Ernst Young”, “KPMG Azerbaijan” şirkətlərinin nümayəndələri və müstəqil ekspertlərin iştirak etdiyi görüşdə «Vergi və hesabatlılıq» İşçi qrupunun rəhbəri, DVX-nin rəis müavini İlkin Vəliyev “Business Ready” hesabatının “Vergitutma” indikatoru üzrə həyata keçirilən işlər barədə məlumat verib.

Görüş iştirakçılarına vergi qaydalarının aydınlığı və şəffaflığı, ətraf mühiti vergiləri, vergi idarəetməsində rəqəmsallaşma, vergi auditi və mübahisələrin həlli mexanizmləri ilə bağlı təqdimat edilib.

«Biznesə daxilolma» İşçi qrupunun rəhbəri, DVX-nin rəis müavini Samirə Musayeva görüş iştirakçılarını bu sahədə tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlili barədə məlumatlandırıb. Digər təqdimat biznesə daxilolma üzrə qaydaların keyfiyyəti, rəqəmsal dövlət xidmətləri və informasiyanın şəffaflığı, eləcə də əməliyyatların effektivliyi ilə bağlı olub.

Görüşdə Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” və “Vergitutma” indikatorları ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritələri üzrə həyata keçirilən layihələr, ekspert sorğulanmasına daxil edilmiş suallarla bağlı yanaşmalar müzakirə edilib.

Bildirilib ki, yol xəritələri çərçivəsində bir sıra yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Əgər əvvəllər bəyannamələrin elektron qaydada təqdim edilməsi əsas keyfiyyət göstəricisi hesab olunurdusa, hazırda bəyannamələrin əvvəlcədən doldurulması (prifiling) sisteminin tətbiqi prioritet istiqamətdir. DVX vahid bəyannamələrlə əlaqədar bu sistemi uğurla tətbiq edib. Növbədə ƏDV bəyannamələridir ki, bu layihənin də qısa müddətdə həyata keçirilməsi nəzərdə tutulur.

Biznesə daxilolma sahəsində əsas uğurlardan biri xarici hüquqi şəxslərin elektron qeydiyyata alınması, eləcə də yerli MMC-lərin təsis sənədlərində və reyestrdə dəyişikliklərin qeydiyyata alınması prosesinin elektronlaşdırılmasıdır. İcrası davam edən digər layihə benefisiar mülkiyyətçi ilə bağlı hüquqi əsasların və müvafiq reyestrin yaradılmasıdır. Tədbir iştirakçılarına biznesə daxilolma əməliyyatlarının effektivliyi barədə göstəricilər də təqdim olunub.

Görüşdə konsaltinq şirkətlərinin nümayəndələrinin və müstəqil ekspertlərin biznesə daxilolma və vergitutma ilə bağlı qaldırdıqları müxtəlif məsələlər dinlənilib, sualları cavablandırılıb.

Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” və “Vergi və hesabatlılıq” işçi qruplarına rəhbərliyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həyata keçirir (//azranking.az/az/working-groups).

Son xəbərlər

Bu çörək sexində nöqsanlar aşkarlandı - FOTO

Bahar toy sahibi ilə "dava" etdi - VİDEO

Nazir onu idarə rəisi təyin etdi

Bakıda falçı dələduzluğa görə tutuldu

239 milyon dollar xərclədi, 98 milyard qazandı

Bakıda tikilən yeni metro belə olacaq - GÖRÜNTÜLƏR

Kimyəvi reaksiya düz getmədi - Müəllim və 4 şagird yaralandı

Ermənilər Şövkət Ələkbərovanın 4 mahnısını mənimsəmək istədilər

Sürücülərin diqqətinə: Bu küçələrdə 22:00-dan sonra ...

Avtobus zolağı: bu yollarda qadağa yumşaldıldı

300 min manat rüşvət alan vəzifəli şəxs həbs edildi

Mahsun Kırmızıgülə ağır itki - FOTO

İran Suriyada hərbi gücünü artıracaq

Əhaliyə XƏBƏRDARLIQ: dekabrın 6-sından 9-u axşamadək...

Qətərdə görüşəcəklər

Somər Sivrioğlu həbs edildi

"Qalatasaray"dan Messi ilə bağlı inanılmaz həmlə -Əsrin transferi ola bilər

ABB səhmdarları ilk dəfə elektron qaydada -SƏS VERƏCƏKLƏR

Tanınmış hakim işdən çıxdı

Bu tarixədək leysan yağacaq - Xəbərdarlıq

Bütün xəbərlər