BAKU Azərbaycan
°C

2024-cü ilin noyabrında keçirilən valyuta hərraclarında bankların xarici valyutaya tələbinin azalması müşahidə edilir. 

Gundem.az xəbər verir ki, noyabrın 1-26 tarixləri arasında yeddi hərrac keçirilib və bu hərraclarda ümumilikdə 480 milyon dollar dəyərində xarici valyuta satılıb. Noyabrın qalan günləri ərzində 2 və ya maksimum 3 hərracın keçirilməsi ehtimalı var. Bu hərraclardakı tələbi də nəzərə alsaq, böyük ehtimalla noyabrda dollara tələb oktyabrla müqayisədə azalacaq. Oktyabrda banklar 738,7 milyard dollar dəyərində xarici valyuta almışdılar. 

Ümumilikdə, bu ilin yanvar-oktyabr aylarını əhatə edən on ay ərzində banklar 6 milyard 116,77 milyon dollar dəyərində valyuta alıblar. 


Hərraclarda valyutanı əsasən Dövlət Neft Fondu satır. Fondun büdcəsi haqqında qanuna əsasən 2024-cü ildə fonddan dövlət büdcəsində transfert ediləcək məbləğ 7,518 milyard dolları ötməməlidir. 


Əgər oktyabrdakı kimi yüksək tələb davam edərsə, böyük ehtimalla bankların tələbini ödəmək üçün Azərbaycan Mərkəzi Bankı da valyuta satışını davam etdirməli olacaq. Xatırladaq ki,  oktyabrda Mərkəzi Bank böyük məbləğdə valyuta satıb. Ötən ay satılan 738,7 milyon dollar dəyərindəki valyutanın 174,4 milyon dollarını Neft Fondu, 564,3 milyon dollarını Mərkəzi Bank satıb. Tələb zəifləməsə, Mərkəzi Bank noyabr və dekabrda da böyük həcmdə valyuta satacaq. Əgər hərraclarda tələb zəifləyərsə, o halda ilin qalan dövründə Mərkəzi Bank ya valyuta satmayacaq, ya da satış daha az olacaq. 

 

Son xəbərlər

Azərbaycana ucuz avtomobillər gətirildi - VİDEO

Abdolbari Gözəl vəfat etdi

80 minlik dələduzluğa məruz qalan Hökumənin atası danışdı

"Barselona”dan yeni rekord: 20 milyon...

Bu rayonlara qar yağır

İmişlidə qəza: hadisə yerində xuliqanlıq edənlər saxlanıldı

TƏBİB-dən İmişlidəki qəza ilə bağlı açıqlama

Hökumənin ailəsindən oğurlanan pul belə geri qaytarıldı

Sürücülərə xəbərdarlıq!

3 uşaq atasının meyiti tapıldı

Deniz Akkaya 13 il müddətinə həbs edildi

Velosipedini qırmızı xalçada parkinq etdi, cərimələndi

Polis əməliyyatlar keçirdi - 38 nəfər saxlanılıb

Bu BÜRCLƏR tezliklə əsl xoşbəxtliyi tapacaq

Belçika millisinin baş məşqçisi istefayaGÖNDƏRDİ

Müdafiə Nazirliyi məlumat yaydı -VİDEO

İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır!

Cəbrayıla daha 42 ailə yola salındı

Maşın eşşək arabası ilə toqquşdu: ölən var

Qəzza ilə bağlı atəşkəs: 5 ölkə nəzarət edəcək

Bütün xəbərlər