Milli Məclisə nə qədər vəsait ayrılıb?
Milli Məclisin gələn il üçün xərclər smetası artırılıb.
Gundem.az xəbər verir ki, 2022-ci ildə Milli Məclisin və onun aparatının xərclər smetasının 42 236 822 manat olması müəyyən edilib.
Qeyd edək ki, Milli Məclisin 2022-ci il üçün xərclər smetası haqqında qərar layihəsində parlamentin və onun aparatının xərclər smetasının 42 036 822 manat olması müəyyən edilmişdi.
Xatırladaq ki, parlamentin noyabrın 17-də keçirilən plenar iclasında Milli Məclisin işlər müdiri Firudin Hacıyev Milli Məclisin 2022-ci il üçün xərclər smetası haqqında məlumat verərkən qeyd etmişdi ki, 2022-ci il dövlət büdcəsində Milli Məclisin və onun Aparatının saxlanması üçün 42 milyon 36 min 822 manat vəsait nəzərdə tutulub ki, bu da 2021-ci illə müqayisədə 233 min 578 manat azdır. O, parlamentə ayrılan pulun artırılmasını hökumətdən xahiş etmişdi.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay