Fermerlərə absurd yaylaq tələbi: “200-dən az qoyunun varsa...” - Oliqarxların marağını qoruyan qadağaya ETİRAZ
Deputat Aqil Abbas Milli Məclisdə çıxışı zamanı deyib ki, arıçılıq və qoyunçuluqla məşğul olan sahibkarlar ciddi problemlərlə üzləşir. Belə ki, azı 35 arı ailəsi, 200-dən də çox qoyun sürüsü olmalıdır ki sən onu yayalağa apara biləsən. 199 olsa, apara bilməzsən. Bu limit aradan götürülməlidir.
Mövzu ilə bağlı Gundem.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyib ki, həqiqətən də belə bir qayda varsa, mütləq əsaslandırılmalıdır:
“Kimlərinsə arı ailələrinin, heyvanlarının sayı çoxdursa bu onlara sərf edir. Real yanaşsaq, yaylaqlardan istifadəyə dair limiti bu gün qarşılaya biləcək çox az şəxs var. Orta və kiçik təsərrüfat sahibləri bu tələbləri ödəyə bilməz. Qoyulan limit həcmində arı ailəsi və ya qoyun sürüsü yalnız oliqarxlarda ola bilər”.
Ekspertin sözlərinə görə qoyulan bu limit fermer təsərrüfatlarının məhvinə gətirib çıxara bilər:
“Təəssüf ki, bu gün kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmaq istəyən insanların imkanları məhduddur. Kimin daha çox maliyyə resursu varsa, onlar üçün heç bir problem yoxdur. Bu, belə olmamalıdır. Hesab edirəm ki, tədbiq edilən bu limit aradan qaldırılmalı, arıçılıq və qoyunçuluğun inkişafı təmin edilməlidir”.
Turan Rzayev
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay