BAKU Azərbaycan
°C

Ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürən şirkəti olan "Kapital Bank"  regionlarda yeni layihəyə start verib.

Gundem.az xəbər verir ki, “Karyera Marafonu” adı altında keçirilən tədbir 24 iyun 2022-ci il tarixində ilk olaraq Gəncə şəhərində - Gəncə Dövlət Aqrar Universitetinin Mühəndislik korpusunda olan Tələbə parkında baş tutub.

Tədbir Gəncə şəhəri İcra hakimiyyəti, Gəncə-Daşkəsən regional Məşğulluq İdarəsi, Gəncə  Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Gəncə Texnologiya Universiteti, Gənclərin İnkişafı və Karyera Mərkəzinin dəstəyi ilə keçirilib. Marafonun əsas məqsədi gənclərlə görüşmək, onların şəxsi inkişaflarına töhfə vermək və istedadlıları peşəkar karyera dünyasına cəlb etməkdir. Marafon çərçivəsində karyera sərgisi, kiçik müsahibələr, təlim və seminarlar, həmçinin müxtəlif workshop-lar keçirilib. 

“Bildiyiniz kimi "Kapital Bank" mütəmadi olaraq ali məktəblərdə müxtəlif karyera günləri keçirir. Bu dəfə qərara gəldik ki, regionlarda da analoji tədbirlər təşkil edək və ölkənin iri şəhərlərində olan gənclərə karyera qurmaqda köməklik göstərək. Marafonumuza ilk olaraq Gəncədən başladıq. Lakin marafon Azərbaycanın digər regionlarında da davam etdirəcəyik. Əgər Siz də bizim marafona qoşulmaq istəyirsinizsə, Kapital Bank-ın sosial şəbəkələrdəki səhifələrini izləyin və tədbirin keçiriləcəyi şəhər və məkan barədə ilk olaraq xəbər tutun”, - deyə, Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirib.

Qeyd edək ki, "Kapital Bank"  əməkdaşları sırasına qoşulmaq istəyən istedadlı, özünə güvənən və öyrənib-inkişaf etmək istəyən namizədlər üçün hazırda aktiv vakansiyalar mövcuddur. Müraciət etmək istəyən şəxslər //hr.kapitalbank.az  portalına daxil olmaqla mövcud vakansiyalarla tanış ola bilərlər. 

Ölkənin birinci bankı olan"Kapital Bank"  "PAŞA Holding"a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 106 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Nağd pul krediti sifarişi üçün – //kbl.az/krdt, BirKart sifarişi üçün – //kbl.az/tkstcrd.

 

"Kapital Bank" regionlarda "Karyera Marafonu"na start verdi - FOTOLAR

"Kapital Bank" regionlarda "Karyera Marafonu"na start verdi - FOTOLAR

Son xəbərlər

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində İŞLƏYİR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Xalasının bir sözünə görə evə gəlib anasını ÖLDÜRDÜ: "Qətldən sonra isə..." - DETALLAR

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Şahzadə Harri ABŞ sakini olduğunu TƏSDİQLƏDİ

Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ

"Bu, onu göstərir ki, ABŞ və Fransa münaqişənin bitməsini istəmir" - Ceyhun Məmmədov

Narkotik təsir altında olan sürücü SAXLANILDI 

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlim KEÇİRDİ - VİDEO

"Əli Kərimli və onun kimilərə mitinq keçirməyi tapşıranlar Azərbaycana zərbə vurmaq istəyir" - Millət vəkili

"İsrail İrana raket hücumu edəcəyini bildirib" -  ABŞ mediası

Deputat yarımçıq tikililərdən DANIŞDI: "Tədbir görülməlidir"

Rusiyada hərbi təyyarə qəzaya uğradı, ölən var - FOTO 

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclisin iclası BAŞLADI - 14 məsələ MÜZAKİRƏ EDİLİR 

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

Bütün xəbərlər