BAKU Azərbaycan
°C

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, Azərbaycanda vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, digər daşınmaz əmlakının və dəyəri 5 000 manatdan çox olan daşınar əmlakının müvafiq qurum vasitəsilə, dəyəri 5 000 manatdan çox olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırılması və məhkəmə qərarları üzrə həmin əmlakların satışının qanunvericiliyə uyğun olaraq təşkili vergi orqanlarının hüquqlarına aid edilib.

Gundem.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadla xəbər verir , mövcud təcrübədə borclu vergi ödəyicilərinin siyahıya alınmış əmlakını icra məmurları satır. Dövlətin fiskal siyasətini həyata keçirən qurum kimi borcların ödənilməsi vergi orqanları üçün prioritet məsələdir.

Ödənilməyən borclar dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılmasında nəzərə alınır. Bu baxımdan vergi borcu ilə bağlı siyahıya alınmış əmlakın satışının daha səmərəli təşkilinə zərurət yaranıb. Həmin səbəbdən daşınar və daşınmaz əmlakların satılması barədə məhkəmə qərarları üzrə həmin əmlakların satışının təşkili vergi orqanlarının səlahiyyətlərinə aid edilir. Eyni zamanda, dəyəri 5.000 manatdan çox olmayan əmlaklar əksər hallarda ərzaq (qida) və tez köhnələn məhsullardır. Bu zaman satışın daha çevik təşkili məqsədilə vergi orqanları tərəfindən ticarət şəbəkələri ilə müvafiq müqavilə bağlanılaraq həmin məhsulların operativ şəkildə satılması və borcun ödənilməsi təmin ediləcək.

Qeyd olunan dəyişikliklər vergi borclarının yığılmasının effektivliyinin artırılmasına və nəzarət mexanizmlərinin gücləndirilməsinə xidmət edir.

Son xəbərlər

Polşa ukraynalıların qəbulunu DAYANDIRDI: "Məcbur deyilik!"

ABŞ Nigeriyadan qoşunlarını çıxarmağa başladı

İş yerlərinin 80 faizi Bakıda açılıb – RƏQƏMLƏR

Cavanşir körpüsü sökülür, nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILDI

Günəşdə partlayışlar bu tarixdə maksimuma ÇATACAQ

Azərbaycanda olan işsizlərin sayı AÇIQLANDI

Siyasi liderlərin həlak olduğu QƏZALAR - XRONOLOGİYA

Putin müdafiə nazirinə yeni müavin təyin etdi

İtaliya Azərbaycana yeni səfir TƏYİN ETDİ

Ərdoğan Nazirlər Kabinetini topladı

Mincivan qəsəbəsinə köçürüləcək sakinlərin sayı AÇIQLANDI

51 yaşlı qadını döyüb telefonunu əlindən aldı - FOTO 

“iPhone”un ən bahalı və ən nazik modeli TƏQDİM EDİLƏCƏK

Qayınanası ilə evləndi və toy xərclərini qayınatası ödədi 

“Yaralı” qanadlar: İranda son illərin aviasiya qəzaları – DOSYE

BMT iclasa sükutla başladı -  Rusiyanın xahişi ilə...

İranın xarici işlər nazirinin CƏSƏDİ TAPILDI - FOTO 

Talıb Taledən Zeynəblə bağlı AÇIQLAMA: "İlk gündən onu..."

Qarabağda yeni idarə yaradıldı

İran Rəisinin ölümünü araşdırmaq üçün komissiya yaratdı

Bütün xəbərlər