BAKU Azərbaycan
°C

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi cari ilin yanvar ayının 13-də 2 milyard manatı keçib.

Bu barədə  İKZF-dan məlumat verilib.

Məlumata görə, 2006-cı ildən fəaliyyətə başlayan ipoteka kreditləşməsi mexanizmi çərçivəsində bugünədək 37 minə yaxın ailə mənzil təminatının yaxşılaşdırılmasına nail olunub.

Hazırda dövlətin əsas sosial prioritetlərindən biri olan mənzil təminatı mexanizmlərinin təkmilləşdirilməsi və əhali üçün əlçatanlığının artırılması Fondun qarşısına qoyduğu əsas məqsədlərdəndir.

İpoteka kreditləşməsi sisteminin fəaliyyət göstərdiyi son 15 il ərzində davamlı dövlət dəstəyi sayəsində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan əhali qrupları üçün effektiv və səmərəli maliyyələşmə mexanizmi formalaşdırılıb.

İpoteka kreditləri üzrə əlverişli faiz dərəcələrinin qorunub saxlanılması, dövlət qarşısında xüsusi xidmətləri olan şəxslər üçün güzəştli ipoteka proqramlarının tətbiqi bu mexanizmin sosial dövlət proqramı olaraq kifayət qədər uğur qazanmasına səbəb olmuşdur. Güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün davamlı olaraq dövlət büdcəsindən vəsaitlərin ayrılması təmin edilib.

İpoteka kreditlərindən faydalananların 70%-ə yaxını gənclər və gənc ailələrdir.

İpoteka kreditləşməsi mexanizmində ən yaxşı beynəlxalq təcrübəyə uyğun olaraq yeniliklərin tətbiqi, eləcə də kredit şərtlərinin ölkə üzrə maliyyə-iqtisadi konyuktura və mövcud reallıqlar nəzərə alınmaqla əhalinin tələblərinə uyğunlaşdırılması istiqamətində tədbirlərin görülməsi bu gün də davam etdirilir. Əhaliyə xidmət səviyyəsinin artırılması, şəffaflığın təmin edilməsi məqsədilə 2015-ci ildən etibarən vətəndaşların müraciətlərinin qəbulundan ipoteka kreditləri üzrə ödənişlərin qəbulunadək proseslərin tam avtomatlaşdırılması həyata keçirilib.

Fond 2022-ci ildə də fəaliyyət istiqamətlərinə uyğun olaraq əhalinin mənzil təminatı sahəsində öz fəaliyyətini davam etdirəcək.

Son xəbərlər

Mincivan qəsəbəsinə köçürüləcək sakinlərin sayı AÇIQLANDI

51 yaşlı qadını döyüb telefonunu əlindən aldı - FOTO 

“iPhone”un ən bahalı və ən nazik modeli TƏQDİM EDİLƏCƏK

Qayınanası ilə evləndi və toy xərclərini qayınatası ödədi 

“Yaralı” qanadlar: İranda son illərin aviasiya qəzaları – DOSYE

BMT iclasa sükutla başladı -  Rusiyanın xahişi ilə...

İranın xarici işlər nazirinin CƏSƏDİ TAPILDI - FOTO 

Talıb Taledən Zeynəblə bağlı AÇIQLAMA: "İlk gündən onu..."

Qarabağda yeni idarə yaradıldı

İran Rəisinin ölümünü araşdırmaq üçün komissiya yaratdı

Helikopterlə bağlı yeni detal üzə çıxdı

Şeyx İranın Ali Rəhbərinə başsağlığı verdi

"Bu gecə saat 02:00-dan..." - Əhaliyə RƏSMİ XƏBƏRDARLIQ!

Azərbaycanda yeni pul nişanları tədavülə buraxıldı - RƏSMİ

İran səfirliyinin önünə gül dəstələri düzüldü

“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər TƏSDİQLƏNDİ

Sədr müavini telekanalları sərt tənqid etdi

Prezident Şahin Bayramova yüksək VƏZİFƏ VERDİ - FOTO

XİN: "Azərbaycan Tayvanın müstəqilliyini tanımır"

İlham Əliyev: "Regionda sülh üçün tarixi imkanlar yaranıb"

Bütün xəbərlər