BAKU Azərbaycan
°C

Paytaxtdan sonra ətin qiymətində olan artım dalğası bölgələrə də çatıb. Əməkdaşlarımız fərqli rayonlardakı bazarlarda və ət satışı məntəqələrində mövcud vəziyyəti lentə alıblar.

Həm satanlar, həm də alanlar narazıdırlar. Söhbət ətin qiymətindəki bahalaşmadan gedir.

Gundem.az  xezerxeber.az-a istinadən bildirir ki, bura Tovuzun mərkəzi ticarət mərkəzindəki ət satışı bölməsidir. Satışa çıxarılan iri və xırdabuynuzlu heyvan ətlərinin satış qiymətində artım var. Alıcılar deyirlər ki, son vaxtlar ət xeyli bahalaşıb və bu fərq bəzi hallarda 4 manata çatır.

Satıcılar qiymət artımını fərqli səbəblərlə izah edirlər. Onların sözlərinə görə, heyvan yemindəki qiymət artımı fermerlərə təsir etdiyi üçün onlar da heyvanları baha satırlar.

Bərdədə də quzu ətində bahalaşma qeydə alınıb. Satıcıların sözlərinə görə, əvvəllər 12 manata satılan quzu əti indi 3 manata qədər bahalaşıb.

Bərdədə mal ətində isə qiymət artımı yoxdur. Rayonda mal ərinin qiyməti 9-10 manat arasında dəyişir. Ancaq satıcılar bazarda heyvanın diri çəkisinin bahalaşdığını deyirlər. Qeyd edək ki, bölgələrdə ət satışındakı qiymət artımı yanvar ayından müşahidə olunur.

Son xəbərlər

İtaliya Azərbaycana yeni səfir TƏYİN ETDİ

Ərdoğan Nazirlər Kabinetini topladı

Mincivan qəsəbəsinə köçürüləcək sakinlərin sayı AÇIQLANDI

51 yaşlı qadını döyüb telefonunu əlindən aldı - FOTO 

“iPhone”un ən bahalı və ən nazik modeli TƏQDİM EDİLƏCƏK

Qayınanası ilə evləndi və toy xərclərini qayınatası ödədi 

“Yaralı” qanadlar: İranda son illərin aviasiya qəzaları – DOSYE

BMT iclasa sükutla başladı -  Rusiyanın xahişi ilə...

İranın xarici işlər nazirinin CƏSƏDİ TAPILDI - FOTO 

Talıb Taledən Zeynəblə bağlı AÇIQLAMA: "İlk gündən onu..."

Qarabağda yeni idarə yaradıldı

İran Rəisinin ölümünü araşdırmaq üçün komissiya yaratdı

Helikopterlə bağlı yeni detal üzə çıxdı

Şeyx İranın Ali Rəhbərinə başsağlığı verdi

"Bu gecə saat 02:00-dan..." - Əhaliyə RƏSMİ XƏBƏRDARLIQ!

Azərbaycanda yeni pul nişanları tədavülə buraxıldı - RƏSMİ

İran səfirliyinin önünə gül dəstələri düzüldü

“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər TƏSDİQLƏNDİ

Sədr müavini telekanalları sərt tənqid etdi

Prezident Şahin Bayramova yüksək VƏZİFƏ VERDİ - FOTO

Bütün xəbərlər