BAKU Azərbaycan
°C

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən fevralın 15-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

Gundem.az xəbər verir ki, hərracda 3 lot üzrə  Xızıda yerləşən “Şurabad” qum yatağı, Balakəndə 1 lot üzrə “Göyəmtala” gil yatağı, Qazaxda hər biri 3 lot üzrə “Aşağı Salahlı” gil və “Daş Salahlı-III” sement xammalı yataqları, Ağstafada 2 lot üzrə “Acıdərə” vulkan külü yatağı satışa çıxarılacaq. Hərracda iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı ilə Agentliyin (//cutt.ly/CMrvQ4L) və ya Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi internet səhifələrində (//emlak.gov.az/cat/3) tanış ola bilərsiniz.

Hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan müvafiq sənədlər toplusunu təqdim etməli, xidmət haqqı və beh məbləğini ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər.

Elanda göstərilən sənədlər 8 fevral 2023-cü il saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət, 31 ünvanına təqdim edilməlidir.

Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət  Xidmətinin Əmlak Xidmətləri Məkanında saat 11-də keçiriləcək.

Hərraclar və digər yeniliklərlə bağlı son xəbərləri Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sosial şəbəkə səhifələrindən də əldə etmək mümkündür.

Son xəbərlər

Ermənistanın keçmiş deputatı Rusiyada saxlanılıb

Yaponiya təxminən 2 milyard dollar dəyərində COVID-19 dərmanlarını məhv edəcək

Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək

Sumqayıtda avtomobil 18 yaşlı qızı vuraraq öldürüb

Fransadakı AES-in inzibati binasında baş verən yanğın söndürülüb

Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Rusiyanın Baş nazirinin 10 müavini olacaq

Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq

"Seltik" Şotlandiya çempionatının qalibi olub

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib

Qurban Yetirmişlidən zəlzələ riski ilə bağlı AÇIQLAMA: "Ən güclü təkan..."

Azərbaycanda güclü ZƏLZƏLƏ OLDU

Ziba Osmanova iki azyaşlını maşınla vurdu

“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb

Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ!

Prezidentin festivaldakı çıxışının VİDEOSU

Putin yeni hökumətin strukturunu TƏSDİQLƏDİ

NATO-nun İsveçrə sammitindən GÖZLƏNTİLƏR: "Kiyev əmindir ki..." - AÇIQLAMA

Azərbaycan xalqını indi daha böyük inam birləşdirir  

Bütün xəbərlər