BAKU Azərbaycan
°C

"Bu il pensiya artımlarında iki mühüm yenilik tətbiq olunacaq. Pensiyaların artımı bütün əmək pensiyalarına şamil ediləcək".

Bunu  açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, əvvəlki illərdə təxminən 90 min vətəndaşın əmək pensiyaları indeksasiya olunmurdu:


"Vahid indeksasiya mexanizminin tətbiq olunması imkan verəcək ki, məhz həmin vətəndaşların da əmək pensiyalarında artımlar müşahidə olunsun. Pensiyalar yardımlar nəzərə alınmaqla indeksasiya ediləcək. 2022-ci ildə pensiyaçılara 200 manat yardım ödənilib. Bu, aylıq olaraq 16,7 manatdır. Bu da pensiyaçıların pensiya məbləğinə əlavə olunacaq. Məsələn, vətəndaş 400 manat pensiya alırsa, onun üzərinə 16,7 manat əlavə olunacaq. Bu da 416 manat 70 qəpik edəcək. Bu məbləğ isə orta hesabla 15 faizə indeksasiya olunacaq. Bu zaman 400 manat pensiya alan vətəndaşın pensiyasında təxminən 62 manat artım qeydə alınacaq".

Deputat qeyd edib ki, mövcud qanunvericiliyə əsasən, əmək pensiyalarındakı artımlar əvvəlki ilin orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq həyata keçirilir:

"Ötən ilin 11 ayının yekunlarında əmək haqqı artımı 14,5 faiz olub. İlin yekununda illik orta aylıq əmək haqqı artımının təxminən 15 faiz olacağı gözlənilir. Orta aylıq əmək haqqı ilə bağlı statistika yanvarın sonunda elan olunacaq. Həmin rəqəm elan olunduqdan sonra cənab Prezident tərəfindən indeksasiya ilə bağlı sərəncam imzalanacaq. Rəsmi statistika hər ilin birinci ayının sonunda elan olunur. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Yəni, yanvar üçün hesablanmış artım da fevral ayında veriləcək".

Son xəbərlər

Yaponiya təxminən 2 milyard dollar dəyərində COVID-19 dərmanlarını məhv edəcək

Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək

Sumqayıtda avtomobil 18 yaşlı qızı vuraraq öldürüb

Fransadakı AES-in inzibati binasında baş verən yanğın söndürülüb

Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Rusiyanın Baş nazirinin 10 müavini olacaq

Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq

"Seltik" Şotlandiya çempionatının qalibi olub

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib

Qurban Yetirmişlidən zəlzələ riski ilə bağlı AÇIQLAMA: "Ən güclü təkan..."

Azərbaycanda güclü ZƏLZƏLƏ OLDU

Ziba Osmanova iki azyaşlını maşınla vurdu

“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb

Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ!

Prezidentin festivaldakı çıxışının VİDEOSU

Putin yeni hökumətin strukturunu TƏSDİQLƏDİ

NATO-nun İsveçrə sammitindən GÖZLƏNTİLƏR: "Kiyev əmindir ki..." - AÇIQLAMA

Azərbaycan xalqını indi daha böyük inam birləşdirir  

Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb

Bütün xəbərlər