BAKU Azərbaycan
°C

Bankların cəlb etdikləri depozitlərə görə Mərkəzi Bankda saxlamalı olduğu məcburi ehtiyat faizi artırılıb.

Məcburi ehtiyat norması milli valyutada depozitlər üzrə 4%-dən 5%-ə, xarici valyutada depozitlər üzrə isə 5%-dən 6%-ə qaldırılıb.

Bəs məcburi ehtiyat faizinin artması kredit faizlərinə necə təsir edəcək?

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Mərkəzi Bankdan bildiriblər ki, Mərkəzi Bankın İdarə Heyətinin müvafiq qərarları ilə “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda və məcburi ehtiyat normalarında dəyişikliklər Mərkəzi Bank tərəfindən pul təklifinin daha effektiv tənzimlənməsi, uçot dərəcəsi üzrə faiz dəhlizinin faizlərə təsirinin gücləndirilməsi, bank sistemində likvidliyin təmərküzləşməsinin məhdudlaşdırılması, habelə de-dollarlaşma meyillərinin stimullaşdırılması məqsədilə edilib.

"Qiymətləndirmələrə görə məcburi ehtiyatlarla bağlı qeyd olunan dəyişikliklər bank sektorunun xərclərinə əhəmiyyətli təsir etmir. Dəyişikliklərin manatla öhdəliklərin maya dəyərinə orta hesabla cəmisi 0.16%, xarici valyutada öhdəliklərin dəyərinə isə 0.01% təsir emək ehtimalı var, lakin Mərkəzi Bankın belə bir gözləntisi yoxdur", - deyə məlumatda qeyd edilib.

Son xəbərlər

Elm və təhsil naziri Türkiyəyə SƏFƏR ETDİ - FOTO

Prezidentlə xanımı Şuşada “Xarıbülbül” Festivalının açılışında iştirak edirlər

"Zirə" "Qarabağ"a qarşı - Azərbaycan Premyer Liqası

Bu ölkədə istidən 61 nəfər ÖLDÜ

Bu rayona QAR YAĞIB

Prezident Şuşada ICESCO-nun Baş direktorunu qəbul etdi - FOTO

Azərbaycan nefti cüzi ucuzlaşıb

Əli Əsədov Rusiyanın Baş nazirini TƏBRİK ETDİ

Oğurladıqları avtomobili satmaq istəyən şəxslər saxlanılıblar

Tibbdə misligörünməmiş hadisə: Ürəyi 19 saat dayandıqdan sonra...

Nigar Camal aldığı ən bahalı hədiyyəni AÇIQLADI - VİDEO

Xankəndi-Şuşa-Laçın yolunun uzunluğu neçə km olacaq?

İlham Əliyev və xanımı Mamayı məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR - FOTO

Regionda ikinci “Gürcüstan ssenarisi” təkrarlanır?: “Qərb istəmir, Rusiya isə…”

Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO

Yağış, şimşək, külək... - Bu tarixdən hava KƏSKİN DƏYİŞİR!

Hikmət Mirzəyev və Kərəm Mustafayev Türkiyə nümayəndə heyəti ilə GÖRÜŞDÜ - FOTO

13 ukraynalı hərbçi Rusiyaya təslim oldu

Ukrayna savaşında YENİ CƏBHƏ İDDİASI: “Putin buna hazırlaşır” 

Ukrayna savaşında YENİ CƏBHƏ İDDİASI: “Putin buna hazırlaşır” 

Bütün xəbərlər