BAKU Azərbaycan
°C

Ölkənin ən geniş filial şəbəkəsinə malik olan "Kapital Bank" sahibkarlara göstərilən xidmətləri daha əlçatan və rahat etmək üçün Bakı KOB evində yeni şöbəsini açıb. 

Gundem.az xəbər verir ki, yeni KOB şöbəsi Bakı şəhəri, Akademik Ziya Bünyadov prospekti 38C, 1969-cu məhəllə ünvanında fəaliyyət göstərir.

KOB şöbəsində müştərilər fiziki və hüquqi şəxslər üçün hesabların açılması, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar kimi bir çox bank məhsulları və xidmətlərindən yararlana bilərlər.

Qeyd edək ki, "Kapital Bank" bir neçə il əvvəl ölkə üzrə həyata keçirdiyi filial şəbəkəsinin transformasiyası layihəsini tam bitirsə də, müştəri xidməti keyfiyyətini artırmaq üçün bir sıra işləri davamlı olaraq həyata keçirir. Paytaxt Bakı ilə yanaşı regionlarda da bank xidmətlərini daha əlçatan etmək məqsədilə yeni xidmət nöqtələri açılır. Bu kimi işlər gələcək illərdə də davam etdiriləcək.

Ölkənin birinci bankı olan "Kapital Bank" PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/krdt, Birbank kartı sifarişi üçün — //kbl.az/tkstcrd.

 

Son xəbərlər

Bakının bu ərazisində yeni park salınır

Elm və təhsil naziri Türkiyəyə SƏFƏR ETDİ - FOTO

Prezidentlə xanımı Şuşada “Xarıbülbül” Festivalının açılışında iştirak edirlər

"Zirə" "Qarabağ"a qarşı - Azərbaycan Premyer Liqası

Bu ölkədə istidən 61 nəfər ÖLDÜ

Bu rayona QAR YAĞIB

Prezident Şuşada ICESCO-nun Baş direktorunu qəbul etdi - FOTO

Azərbaycan nefti cüzi ucuzlaşıb

Əli Əsədov Rusiyanın Baş nazirini TƏBRİK ETDİ

Oğurladıqları avtomobili satmaq istəyən şəxslər saxlanılıblar

Tibbdə misligörünməmiş hadisə: Ürəyi 19 saat dayandıqdan sonra...

Nigar Camal aldığı ən bahalı hədiyyəni AÇIQLADI - VİDEO

Xankəndi-Şuşa-Laçın yolunun uzunluğu neçə km olacaq?

İlham Əliyev və xanımı Mamayı məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR - FOTO

Regionda ikinci “Gürcüstan ssenarisi” təkrarlanır?: “Qərb istəmir, Rusiya isə…”

Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO

Yağış, şimşək, külək... - Bu tarixdən hava KƏSKİN DƏYİŞİR!

Hikmət Mirzəyev və Kərəm Mustafayev Türkiyə nümayəndə heyəti ilə GÖRÜŞDÜ - FOTO

13 ukraynalı hərbçi Rusiyaya təslim oldu

Ukrayna savaşında YENİ CƏBHƏ İDDİASI: “Putin buna hazırlaşır” 

Bütün xəbərlər