BAKU Azərbaycan
°C

Vergi Məcəlləsinin dəyişikliyə qədər qüvvədə olan tələblərinə əsasən, vergi ödəyicisi tərəfindən ƏDV-nin məbləği alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmadan ödənilməli idi.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən isə vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilirdi. Aparılan əməliyyat üzrə ƏDV-nin ödənilməsi vaxtı ilə bağlı tələb əməliyyatın əsas məbləğinin ödənilməsi ilə eyni gündə olduğundan, praktikada vergi ödəyicisindən asılı olmayan səbəblərdən, məsələn, banklar tərəfindən köçürmə əməliyyatının növbəti gün icra edilməsi səbəbindən bu müddət ötürülür və nəticədə vergi ödəyicisi maliyyə sanksiyası ilə üzləşirdi.

Bu baxımdan, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi və onların əlavə maliyyə itkilərinə məruz qalmaması məqsədilə Vergi Məcəlləsində müvafiq dəyişiklik edilib və aparılan əməliyyatlar üzrə ƏDV məbləğinin əsas məbləğ ödənildikdən sonra 1 iş günü müddətində ödənilməsi imkanı yaradılıb. Beləliklə, bundan sonra vergi ödəyiciləri əsas məbləğin ödənildiyi gün ƏDV məbləğinin ödənilməməsinə görə maliyyə sanksiyasına məruz qalmayacaqlar.

Son xəbərlər

Ermənistanın keçmiş deputatı Rusiyada saxlanılıb

Yaponiya təxminən 2 milyard dollar dəyərində COVID-19 dərmanlarını məhv edəcək

Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək

Sumqayıtda avtomobil 18 yaşlı qızı vuraraq öldürüb

Fransadakı AES-in inzibati binasında baş verən yanğın söndürülüb

Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Rusiyanın Baş nazirinin 10 müavini olacaq

Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq

"Seltik" Şotlandiya çempionatının qalibi olub

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib

Qurban Yetirmişlidən zəlzələ riski ilə bağlı AÇIQLAMA: "Ən güclü təkan..."

Azərbaycanda güclü ZƏLZƏLƏ OLDU

Ziba Osmanova iki azyaşlını maşınla vurdu

“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb

Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ!

Prezidentin festivaldakı çıxışının VİDEOSU

Putin yeni hökumətin strukturunu TƏSDİQLƏDİ

NATO-nun İsveçrə sammitindən GÖZLƏNTİLƏR: "Kiyev əmindir ki..." - AÇIQLAMA

Azərbaycan xalqını indi daha böyük inam birləşdirir  

Bütün xəbərlər