BAKU Azərbaycan
°C

2022-ci ilin dekabrındakı qiymət dəyişikliklərinə dair açıqlanan məlumatlar göstərir ki, Azərbaycanda qiymət artımlarının sürəti tədricən zəifləyir. 

Sfera.az xəbər verir ki, qiymət artımlarının zəifləməsi bütün məhsul qruplarında müşahidə olunur. Amma daha çox zəifləmə ərzaq mallarının qiymətində baş verir. 

2022-ci ilin dekabrında illik qiymət artımı 14,4 faiz təşkil edib. İllik qiymət artımının sürəti sentyabr və oktyabr aylarına nisbətən xeyli azalıb. Sentyabr və oktyabrda illik bahalaşma sürəti 15,6 faiz olmuşdusa, noyabrda bahalaşma sürəti 15,1 faizə, ötən ay isə daha da aşağı düşüb. 

Bəs növbəti aylarda qiymət artımlarının sürətinin zəifləməsi mümkündürmü?

Qlobal səviyyədə tələbin zəifləməsi və ölkəmizdə manatın məzənnəsinin sabit qalması, eyni zamanda mövcud qiymət səviyyəsinin yüksək olması belə deməyə əsas verir ki, qarşıdakı aylarda qiymət artımlarının sürəti bir qədər də azalacaq. 

Dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda mərkəzi banklar faiz dərəcələrini artırır, dövriyyədə olan pul kütləsinin həcmini azaldır. Bu göstəricilərdəki dəyişiklik iqtisadiyyatlarda tələbə azaldıcı təsir göstərir, iqtisadi fəallıq zəifləyir. Buna görə də, əmtəə bazarlarında qiymətlərin aşağı düşməsi və ya ən azından artmaması müşahidə edilir ki, bu da inflyasiya tempini zəiflədir. 

Dünya Bankının son proqnozuna əsasən, tələbin zəifləməsi davam edərsə, qlobal iqtisadiyyat hətta növbəti böhranla üzləşə bilər. Ehtimal edilən yeni böhran vəziyyəti nəinki qiymət artımlarının sürətini zəiflədəcək, əksinə qiymətlərdə azalma imkanlarını da yaradacaq. 

Qlobal səviyyədə baş verən dəyişikliklər tədricən Azərbaycanın daxili bazarına da sirayət edir. Bu dəyişikliklərin təsiri ilə böyük ehtimalla ilin ikinci rübündən ölkəmizdə qiymət artımlarının daha çox zəifləməsi qeydə alınacaq, hətta ən geci ilin ikinci yarısında təkrəqəmli inflyasiyaya keçid baş verəcək. 

Lakin Azərbaycanda hələ də ərzaq qiymətlərinin artım sürəti çox yüksəkdir. Ötən ilin dekabrında qida məhsullarının dəyəri 2021-ci ilin eyni ayına nisbətən 19,7 faiz yüksəlib. Ərzaq məhsullarında illik qiymət artımı noyabrda 20,8 faiz, oktyabrda 21,7 faiz, sentyabrda 22,5 faiz olmuşdu. Son 3 ayda ərzaq mallarının dəyərində artım səviyyəsi xeyli düşsə də mövcud qiymətlər hələ də çox yüksəkdir. 

Qeyri-ərzaq mallarında illik bahalaşma sürəti də iki rəqəmlə ifadə edilir. Burada illik qiymət artımı dekabrda 11,9 faiz olub. Mövcud bahalaşma sürəti noyabrda qeydə alınan bahalaşma sürətindən (12,1 faiz) azdır. 

Böyük ehtimalla qeyri-ərzaq mallarının dəyərində artım sürəti xarici faktorların da təsiri ilə tədricən zəifləyəcək.

Pullu xidmətlərin qiymətlərindəki artım sürətini isə proqnozlaşdırmaq çətindir. Düzdür, ödənişli xidmətlərin dəyərindəki artım tempi oktyabrda 12 faizə yüksəldikdən sonra dekabrda 10,2 faizə geriləyib. Amma pullu xidmətlərin önəmli hissəsinin qiyməti dövlət tərəfindən tənzimləndiyindən növbəti aylarda hökumətin hansı addımlar atacağını bilmədən bu sahədə qiymət dəyişikliyini təxmin etmək çətindir. 

İstənilən halda dinamika qiymət artımlarının sürətinin zəiflədiyini göstərir. Bu müsbət dəyişikliyin davam etməsi əhalinin real gəlirlərinin artım sürətini yüksəldəcək.

Son xəbərlər

Ermənistanın keçmiş deputatı Rusiyada saxlanılıb

Yaponiya təxminən 2 milyard dollar dəyərində COVID-19 dərmanlarını məhv edəcək

Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək

Sumqayıtda avtomobil 18 yaşlı qızı vuraraq öldürüb

Fransadakı AES-in inzibati binasında baş verən yanğın söndürülüb

Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Rusiyanın Baş nazirinin 10 müavini olacaq

Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq

"Seltik" Şotlandiya çempionatının qalibi olub

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib

Qurban Yetirmişlidən zəlzələ riski ilə bağlı AÇIQLAMA: "Ən güclü təkan..."

Azərbaycanda güclü ZƏLZƏLƏ OLDU

Ziba Osmanova iki azyaşlını maşınla vurdu

“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb

Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ!

Prezidentin festivaldakı çıxışının VİDEOSU

Putin yeni hökumətin strukturunu TƏSDİQLƏDİ

NATO-nun İsveçrə sammitindən GÖZLƏNTİLƏR: "Kiyev əmindir ki..." - AÇIQLAMA

Azərbaycan xalqını indi daha böyük inam birləşdirir  

Bütün xəbərlər