Azərbaycana gələn əcnəbilərdən turzim vizası tələb olunacaq: "Onlar tibbi müayinə, vaksinasiya və..."
Milli Məclis Azərbaycana gələn turistlər tibbi müayinədən keçmələrinə dair tələbləri qəbul edib.
Gundem.az xəbər verir, "Turizm haqqında" qanuna əsasən, ölkəyə gələn turistlər
Sənəddə qeyd edilib ki, yoluxucu xəstəliklər təhlükəsi olan ölkəyə (yerə) gedən və ya bu cür ölkədən (yerdən) gələn turistlər beynəlxalq tibbi-sanitariya qaydalarında nəzərdə tutulmuş hallarda tibbi müayinə, vaksinasiya və ya digər profilaktik tədbirlərdən keçməli, yaxud bu barədə müvafiq sənəd təqdim etməlidirlər.
Turistlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində turoperatorların və turagentlərin aşağıdakı öhdəlikləri var:
Turizm zərfini formalaşdırarkən turistlərin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək və turistləri səyahət zamanı mümkün olan təhlükələr barədə məlumatlandırmaq;
Turistlərə təxirəsalınmaz təcili yardım göstərilməsini təşkil etmək;
Bu qanunun 16.2-ci maddəsində göstərilən fövqəladə hallar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumu), dövlət turizm orqanını və turistin vətəndaşı olduğu ölkənin (vətəndaşlığı olmayan şəxsə münasibətdə onun daimi yaşadığı ölkənin) Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliyini (konsulluğunu) dərhal məlumatlandırmaq.
Bundan əlavə, Azərbaycana gəlmək üçün viza tələb olunduğu hallarda turist kimi gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər turizm vizası alacaqlar.
Qeyd edilib ki, turizm vizasında ölkədə qalma müddəti 30 (otuz) günədək müəyyən edilir.
Turizm vizasının rəsmiləşdirilməsi üçün səfərin turizm məqsədilə həyata keçirildiyini təsdiqləyən sənəd (turizm vauçeri və ya turizm yollayışı, yaxud sərnişin bileti və yerləşmə vasitəsində yer sifariş edilməsini təsdiqləyən sənəd) və Miqrasiya Məcəlləsinin 36-cı maddəsində göstərilən sənədlər tələb olunur.
Azərbaycana gələn turistlər siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən ölkələrin vətəndaşları və ya həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər olduqda “ASAN Viza” sistemi vasitəsilə elektron viza ala bilərlər.
Elektron viza almaq üçün əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemində yerləşdirilmiş elektron müraciət formasında nəzərdə tutulan məlumatları sistemə daxil etməli, müraciətin qəbul olunması barədə müvafiq təsdiqnamə aldıqdan sonra “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunu elektron qaydada ödəməlidirlər.
Birdəfəlik və ya çoxdəfəlik elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 (üç) iş günü müddətində, birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən geci 3 (üç) saat ərzində, birdəfəlik elektron vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə isə real vaxt rejimində baxılır, imtina üçün əsas olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada viza verilir. Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir.
Qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay