BAKU Azərbaycan
°C

Avtomobillərin qiyməti bahalaşıb.

Gundem.az xəbər verir ki, ekspert Sərxan Qədirov "Xəzər Xəbər"ə açıqlamasında qeyd edib ki, ölkədə dizel mühərrikli və ili köhnə olan nəqliyyat vasitələrinin sayında artım müşahidə edilir.

O, hesab edir ki, qiymət artımına səbəb əsasən istehsal ili 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsinin məhdudlaşdırılmasıdır.

Maşınların qiymətinin bahalaşmasına iri avtomobil istehsalçılarının qiymət siyasəti, ehtiyyat hissələrinin və daşınmanın bahalaşması da ciddi təsir göstərib.

Ekspert bildirir ki, Rusiya istehsalı olan avtomobillərə bölgələrdə daha çox ehtiyac var. Buna əsas səbəb ölkənin rayonlarında xarici ölkə istehsalı olan avtomobillərin rəsmi servisinin az və ya heç olmamasıdır. Bu səbəbdən də, bölgələrdə asan təmir olunan və ucuz başa gələn Rusiya istehsalı olan avtomobillərin də qiymətinda bahalaşma var. 2004-2005-ci il istehsalı olan Rusiya avtomobilləri hazırda bazarda 6 min manata təklif olunur. Halbuki, onların qiyməti ötən il 4 min manat civarında idi.

Ölkəyə gətirilən avtomobillərin dəyəri də ötən illə müqayisədə artıb. 2023-cü ilin yanvar-mart aylarında "Azərbaycana 314 milyon 994 min dollar dəyərində 20 min 799 ədəd nəqliyyat vasitəsi idxal edilib”.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, nəqliyyat vasitələrinin idxalı 2022-ci ilin ilk rübü ilə müqayisədə dəyər ifadəsində 125 milyon 640 min dollar və ya təxminən 1,7 dəfə artıb.

 

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər