BAKU Azərbaycan
°C

Son 2 ayda İrandan Azərbaycana dəmir yolu nəqliyyatı ilə 120,125 min ton yük daşınıb.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu "İran Dəmir Yolları" şirkətinin nümayəndəsi Qulamhüseyn Vəldi deyib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 81 % çoxdur.

“İran və Azərbaycan arasında Astara-Astara dəmir yolu xəttində yükdaşımalar həndəsi silsilə ilə artır”, - o bildirib.

Qeyd edək ki, Astara-Astara dəmir yolu xətti İran dəmir yollarını Azərbaycan dəmir yolu sisteminə birləşdirən Şimal-Cənub layihəsinin bir hissəsidir. Yolun uzunluğu 10 km - Astara şəhərindən İran sərhədinə və İranın Astara şəhərindən 2 km-dir.

Azərbaycan, Rusiya və İran 2023-cü ildə “Şimal-Cənub” dəhlizinin quru dəmir yolu marşrutunun tamamlanması üçün tələb olunan sonuncu hissənin tikintisinə dair hökumətlərarası sazişin imzlanmasını planlaşdırır.

Xatırladaq ki, Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək "Şimal-Cənub" nəqliyyat dəhlizi haqqında razılaşmanın birinci aktı 12 sentyabr 2000-ci ildə Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanıb. Sonrakı illərdə razılaşmanı bütovlükdə 13 ölkə imzalayıb və müvafiq olaraq ratifikasiya edib. Bunlar Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə və Ukraynadır. Azərbaycan "Şimal-Cənub" layihəsinə 2005-ci ildə qatılıb.

Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırkı marşrut (Suveyş kanalı) üzrə çatdırılma vaxtı 45-60 gündür, Şimal-Cənub vasitəsilə 14-20 gün olması gözlənilir.

Son xəbərlər

Tayvanda yenidən zəlzələ oldu

Qazaxdainkubator sexi yanır

Rüşvətlə sürücülük vəsiqəsi verən yol polisinə cinayət işi açıldı

Qurbanov "Qarabağ"ın finala yüksəlməsindən danışdı

ABŞ-dan Bakı-İrəvan razılaşmasına REAKSİYA

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Həmişə həqiqəti söyləyən bürclər

Rus ordusunda fərarilik rekord həddə qalxdı

"Qarabağ" finalda!

Ermənistan səfirliyinin əsassız ittihamlarına CAVAB

Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi

Rusiya və Ukrayna arasında razılaşma əldə edildi

Kirkorov buna görə ad günü etməyəcək

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın

İraq Prezidenti COP29-a dəvət olundu

Yenikənddə qadağan edilmiş ov alətləri aşkarlandı

Rəşad Sadıqov: “Bir hədəf var”

Şad xəbər: büdcə gəlirləri artdı, 822 milyon…

Bütün xəbərlər