BAKU Azərbaycan
°C

Eko-dost mövqeyi ilə seçilən “Baku City Residence” daşınmaz əmlak brendi yaşayış komplekslərinin ərazisində ekoloji təmiz mühitin yaradılması, eləcə də kompleksin sakinləri arasında “yaşıl avtomobillər”dən istifadə ənənəsinin artırılması məqsədilə Avropanın enerji infrastrukturu - “VoltUp” şirkəti ilə əməkdaşlıq memorandumu imzaladı.

Memorandum çərçivəsində “Baku City Residence”-in bütün yaşayış komplekslərində “VoltUp” şirkətinin dəstəyi ilə elektrikli avtomobillər üçün ən müasir və innovativ şarj avadanlıqları, eləcə də enerjidoldurma məntəqələri quraşdırılacaq.



Kommersiya fəaliyyətində ekoloji prinsiplərə sadiqliyinə “yaşıl işıq” yandıran “Baku City Residence” brendinin sakinləri üçün müasir texnoloji avadanlıqların qurulması ödənişsiz olacaq.

Ənənəvi dayanacaq ilə yanaşı, elektromobillər üçün ağıllı parkinq sisteminin yaradılması həm kompleksin sakinlərini əlavə xərclərdən və qayğılardan azad edəcək, həm də ölkənin “yaşıl iqtisadiyyatı”na dəstək olacaq.

Qeyd edək ki, elektrikli avtomobil istifadəsini təşviq edən, eləcə də iqlim dəyişikliyinə diqqət çəkməyə çalışan “Baku City Residence” şirkəti “yaşıl enerji” imkanlarını yaxın gələcəkdə hər kəsə əlçatan etməklə, Azərbaycanda bu sahənin liderinə çevrilməyi hədəfləyir.



Baku City Residence Azərbaycan daşınmaz əmlak bazarında özünəməxsus yerə və zəngin təcrübəyə malik olan bir brendidir. Müasirliyi və komfortu özündə birləşdirən “Baku City Residence”, müştərilər üçün ehtiyac duyulan xidmətləri vahid məkanda əlçatan edir.

Qeyd edək ki, “Baku City Residence” qısa müddət ərzində düşünülmüş rahatlığı ilə seçilən “Baku City Residence Olimpik”, “Baku City Residence Khatai”, “Bayıl Bay”, “Yacht Club” kimi layihələrə imza atıb.

VoltUp” Avropanın elektrikli avtomobillərin doldurulması və idarə edilməsi üzrə ixtisaslaşmış, texnoloji həllərin ilk müstəqil təminatçısıdır.

Şirkət müştəriləri üçün gündəlik rahatlığı innovasiyalarla birləşdirməklə yeni biznes modelləri təqdim edir. Hər kəsi birlikdə yeni inkişaf imkanları yaratmağa dəvət edən “VoltUp”, müştəriləri və tərəfdaşları yaşıl enerjiyə yönəlik fəaliyyətlərə töhfə verir. 
 


 

Son xəbərlər

Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar

Fransada uşaqlarla bağlı QADAĞA - 13 yaşdan aşağı...

Bakıda və Abşeron yarımadasında küləyin sürəti 22 m/s-dək GÜCLƏNDİ

Bu şəxslər pensiyaya 5 il tez çıxacaq

Hava bu tarixdən KƏSKİN DƏYİŞİR - XƏBƏRDARLIQ! 

Azərbaycanlı aparıcıya AĞIR İTKİ - FOTO

Bu xanımlar pilinq ETMƏSİN! - Həkim səbəbi açıqladı

Bu şəxslər pensiyaya daha tez ÇIXACAQ - PREZİDENT TƏSDİQLƏDİ

“Qazprom” zərər edib – Son 25 ildə ilk dəfə

Pakistanda AĞIR QƏZA: 20 nəfər öldü, yaralılar var

Sergey Şoyqunun qızı övladının ŞƏKLİNİ PAYLAŞDI

Uşaq Birliyinin rəhbərinin iddialarına RƏSMİ CAVAB

Prezident fərman İMZALADI

Ərzaq məhsulları yenidən bahalaşır – RƏQƏMLƏR

Ərdoğan: "Türkiyə İsraillə ticarət əlaqələrini kəsmək qərarına gəlib"

Putindən ölkəsi ilə bağlı TƏKLİF: “2030-cu ilə qədər...” 

Azərbaycan hərbçiləri beynəlxalq təlimdə İŞTİRAK EDƏCƏKLƏR

Kəlbəcərdə yük və minik avtomobilləri toqquşdu - XƏSARƏT ALANLAR VAR

Bu xanım Türkmənistana səfir təyin TƏYİN EDİLDİ - FOTO

Kamaləddin Qafarov: “Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi”

Bütün xəbərlər