BAKU Azərbaycan
°C

Azərbaycan hökuməti bu il ölkədə gözlənilən inflyasiya səviyyəsini 13,5 faiz həddində proqnozlaşdırır. Əvvəlki illərlə müqayisədə bu sahədə optimist rəylər səsləndirilsə də, mövcud şəraitdə həm aidiyyəti qurumlar, həm də ekspertlər ehtiyatlı davranırlar.

Antiinflyasiya tədbirləri gecikir

İqtisadçı Rəşad Həsənov bildirdi ki, inflyasiyanın aşağı düşməməsinin səbəbləri çoxdur: “Prezident tərəfindən 2022-ci ilin fevral ayında Azərbaycanda anti-inflyasiya tədbirləri ilə əlaqədar fərman imzalanıb. Lakin bu fərmanın icrası ilə bağlı gecikmələr baş verdi. 2022-ci il ərzində sadəcə manatın məzənnəsini sabit saxlamaqdan başqa çox ciddi addımlar atılmadı. Hansı ki, həm təşviq mexanizmləri, həm vergi, gömrük rüsumu alətləri, həm yerli istehsalın dəstəklənməsi, həm daxili bazarda təklif bolluğunun yaradılması inflyasiyaya müəyyən mənada təsir göstərən amillərdir. Yalnız 2023-cü ilin əvvəlində vergi və gömrük rüsumları ilə bağlı müəyyən dəyişikliklər oldu”.

 

 

Atılan addımlar real təsir göstərə bilmir

R.Həsənovun sözlərinə görə, inflyasiya dünya ölkələrində də var, lakin onlar vəziyyətdən çıxış yolunu tapa bilirlər: “İnflyasiya qlobal bazarlarda da müşahidə olunur. Azərbaycan bir sıra sahələrdə idxaldan asılıdır. Bu problem bazarda qiymətlərdə də əks olunur. Bir sıra ölkələr, xüsusən də bazara təsir etmə gücü olan mərkəzi banklar inflyasiya yüksək olanda uçot dərəcəsini artırmaqla tələbin həcmini aşağı salırlar. Yəni, bazara daxil olan pul kütləsini azaldırlar, bazar da tələbi azaldır və bununla da qiymət artımları istiqamətində müəyyən optimallaşmaya nail olunur. Amma bizdə inflyasiyanın strukturunda tələbdən qaynaqlanan təsir səviyyəsi çox aşağıdır. Buna görə də atılan addımlar real təsir göstərə bilmir. Bank sektorunda inflyasiya dövründə kredit portfelinin genişlənməsi və ölkədə pul kütləsinin artımı baş verir”.

Birrəqəmli inflyasiyaya nə zaman nail olacağıq?

İqtisadçı vurğulayıb ki, inflyasiya nisbətən zəifləyib: “Hətta, may ayında deflyasiya da baş verib. Proses gedir, amma ciddi nəticənin əldə edilməsini gözləmirəm. Qiymətin optimal səviyyəsinin müəyyənləşməsi daha çox rəqabətli bazarda formalaşır. Bizim bazarın strukturu, statistikası bu ehtimalı zəiflədir. Həmçinin, uçot dərəcəsinin bazara təsiri də çox azdır. Eyni zamanda, hökumət də tədbirlər planında gecikir. Xüsusilə, yerli istehsalın dəstəklənməsi, rəqabətli istehsal mühitinin yaradılması, idxaldan asılılığın azaldılması lazımdır. Bu məsələlərə görə inflyasiyanın azalmasını nisbətən zəif templə müşahidə edirik. Birrəqəmli inflyasiya faizini isə ən yaxşı halda 2024-cü ildə görə bilərik”.

 

 

Bazarda idxal inflyasiyası aktivdir

Millət vəkili Vüqar Bayramovun fikrincə, birrəqəmli inflyasiya ilə bağlı proqnozlar verilsə də, bu, yaxın tarixdə mümkün olmayacaq: “Aparılan təhlillər və monitorinqlər göstərir ki, istehlak bazarında idxal inflyasiyası xüsusi təsirə malikdir. Yəni idxal edilən məhsulların qiymətindəki artım istehlak bazarına da təsir göstərir. İstehlak bazarında 2023-cü ildə də qiymət artımları davam edir. 2022-ci illə müqayisədə qiymət artımının 2023-cü ilin ikinci yarısında müəyyən qədər səngiyəcəyi gözlənilir. Hökumət, Mərkəzi Bank tərəfindən birrəqəmli inflyasiya arzulansa da, ilkin gözlənti ikirəqəmli inflyasiyanın olacağı istiqamətindədir. Çünki bazarda idxal inflyasiyası aktivdir”.

Yerli istehsal genişləndirilməlidir

V.Bayramov düşünür ki, dünya bazarlarında baş verən ucuzlaşma bizə də öz təsirini göstərə bilər: “Qlobal bazarda qiymətlərin müəyyən qədər azalmasını müşahidə edirik. Hətta Avropa İttifaqı, Amerika Birləşmiş Ştatlarında qiymətlərin əvvəlki illərlə müqayisədə daha az artması da gözlə görünəcək səviyyədədir. Ötən il qlobal bazarda aktiv olan inflyasiya faktorları bu gün o qədər də aktiv deyil. Ona görə də bizim məhsul idxal etdiyimiz ölkələrdən bəzilərində qiymətlərin azalması müşahidə olunur. Lakin əsas məhsul idxal etdiyimiz ölkələr olan Rusiya və Türkiyədə yenə də inflyasiya səviyyəsi yüksəkdir. Dünya və regional bazarlarda qiymətlərin optimallaşması idxal inflyasiyasının tənzimlənməsinə gətirib çıxara bilər. 2023-cü ilin ikinci yarısında inflyasiya səviyyəsi birinci yarım illə müqayisədə müəyyən qədər azalacaq. Bu da daha çox idxal olunan məhsulların qiymətlərinin optimallaşması ilə bağlıdır”.

Sonda millət vəkili bildirdi ki, inflyasiyanın tənzimlənməsi üçün çox vacib məqamlardan biri yerli istehsalın genişləndirilməsi və tələbin daha çox yerli istehsal hesabına ödənilməsinə nail olunmasıdır. ("Kaspi" qəzeti)

Son xəbərlər

Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar

Fransada uşaqlarla bağlı QADAĞA - 13 yaşdan aşağı...

Bakıda və Abşeron yarımadasında küləyin sürəti 22 m/s-dək GÜCLƏNDİ

Bu şəxslər pensiyaya 5 il tez çıxacaq

Hava bu tarixdən KƏSKİN DƏYİŞİR - XƏBƏRDARLIQ! 

Azərbaycanlı aparıcıya AĞIR İTKİ - FOTO

Bu xanımlar pilinq ETMƏSİN! - Həkim səbəbi açıqladı

Bu şəxslər pensiyaya daha tez ÇIXACAQ - PREZİDENT TƏSDİQLƏDİ

“Qazprom” zərər edib – Son 25 ildə ilk dəfə

Pakistanda AĞIR QƏZA: 20 nəfər öldü, yaralılar var

Sergey Şoyqunun qızı övladının ŞƏKLİNİ PAYLAŞDI

Uşaq Birliyinin rəhbərinin iddialarına RƏSMİ CAVAB

Prezident fərman İMZALADI

Ərzaq məhsulları yenidən bahalaşır – RƏQƏMLƏR

Ərdoğan: "Türkiyə İsraillə ticarət əlaqələrini kəsmək qərarına gəlib"

Putindən ölkəsi ilə bağlı TƏKLİF: “2030-cu ilə qədər...” 

Azərbaycan hərbçiləri beynəlxalq təlimdə İŞTİRAK EDƏCƏKLƏR

Kəlbəcərdə yük və minik avtomobilləri toqquşdu - XƏSARƏT ALANLAR VAR

Bu xanım Türkmənistana səfir təyin TƏYİN EDİLDİ - FOTO

Kamaləddin Qafarov: “Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi”

Bütün xəbərlər