27.07.2023 / 14:20
189
Azərbaycanda 32 sığorta vasitəçisinin lisenziyasının qüvvəsi bərpa edilib
Azərbaycan Mərkəzi Bankı 3 fiziki şəxsə sığorta brokeri, 1 hüquqi şəxsə və 28 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini bərpa edib.
Gundem.az bu barədə tənzimləyici quruma istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı qərar iyulun 26-da "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta vasitəçilərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay