BAKU Azərbaycan
°C

İspaniyanın “Enagas” enerji şirkəti İsveçrənin enerji şirkəti olan “Axpo”nun "Trans Adriatic Pipeline AG" (TAP) konsorsiumundakı 4 %-lik payının satınalması ilə bağlı müqavilənin icrasını tamamlayıb.

"Report" xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.

Bununla da, “Enagas”, TAP-ın digər 3 səhmdarı – Böyük Britaniyanın BP, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın SNAM şirkətləri kimi hər biri 20 % paya sahib olacaq.

“Enagas” TAP-dakı payının artırılmasının 2023-cü ildə təxminən 70 milyon avro dividend əldə etməyə imkan verəcəyini bəyan edib.

Qeyd edək ki, Trans-Adriatik Boru Kəməri istismara verildiyi gündən - 2020-ci il dekabrın 31-dən bu yana boru kəməri vasitəsilə 25,8 milyard kubmetr qaz nəql edilib ki, bunun da 21,6 milyard kubmetri İtaliyaya olub.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir. Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış sazişə əsasən, yaxın 5 ildə Avropaya qaz nəqli 20 milyard kubmetrə çatdırılacaq.

Son xəbərlər

DİM-in yeni korpusunda ilk kütləvi imtahanlarKEÇİRİLİR

Abşeron və Qaradağda qanunsuz tikintilərin qarşısı ALINDI - FOTO/VİDEO

Bakıda nənəsini və həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən şəxs SAXLANILDI

Buraxılış imtahanının nəticələri açıqlandı

Azərbaycanda peyklə yayımlanan radiokanalların sayı ARTDI

Məşhur müğənninin həbsinə səbəb olan GÖRÜNTÜLƏR - FOTO

"TikTok"dan istifadəçilərini narazı salacaq ADDIM - Artıq...

Putindən Xarkovla bağlı MÜHÜM AÇIQLAMA: "Bu gün..."

Lerikdə dağ uçdu, qaya parçaları yolu BAĞLADI

Aprelin 21-dəki buraxılış imtahanının nəticələri AÇIQLANDI

Əməkdar artist müğənnini LAĞA QOYDU: "Hissdir, kömürdür bilmirəm..." - VİDEO

Gəncədə avtomobil qaçıran şəxs SAXLANILDI

AFFA prezidenti UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə GÖRÜŞDÜ

"Telefon, hesab və fərdi məlumatlarınız..." - Əhaliyə təhlükəsizliklə bağlı XƏBƏRDARLIQ!

Slovakiya Prezidenti sui-qəsdə uğrayan Baş nazirdən DANIŞDI: "Kritik saatlar..." 

Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı - FOTO

Azərbaycanda bu şəxslərə verilən müavinət DAYANDIRILDI - RƏSMİ

Latviya Parlamenti sədrinin Azərbaycana səfər tarixi MƏLUM OLDU

Britaniya Rusiyanın iki şirkətinə qarşı sanksiyalar TƏTBİQ ETDİ

"Qərb Rusiya ilə danışıqlara başlaması üçün Zelenskiyə təzyiqə hazırlaşır" - İDDİA

Bütün xəbərlər