BAKU Azərbaycan
°C

Rusiyanın ən varlı iş adamlarının ümumi sərvəti ilin əvvəlindən 32,01 milyard dollar artıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Bloomberg Billionaires Indexin (BBI) məlumatlarında əks olunub.

Qeyd olunub ki, Azərbaycan əsilli milyarder, “Lukoyl”un həmsahibi Vahid Ələkbərov növbəti dəfə ən çox kapital əldə edən iş adamı olub. Belə ki, həmyerlimizin kapitalı 7,25 milyard dollar artaraq 22,6 milyard dollara çatıb. Bununla belə, Ələkbərov Rusiyanın ən varlı iş adamları siyahısında dördüncü pillədə qərarlaşıb.

Siyahıda ilk pillədə “Norilsk Nikel” şirkətinin əsas sahiblərindən biri olan Vladimir Potanin gəlir. O, ilin əvvəlindən sərvətini 1,13 milyard dollar artıraraq 29,7 milyard dollara çatdıraraq Rusiyanın ən varlı biznesmeni olaraq qalır.

İkinci yerdə sərvəti 3,49 milyard dollar artaraq 28,1 milyard dollara çatan “Novatek”in həmsahibi Leonid Mixelson gəlir. Üçüncü pillədə ilin əvvəlindən sərvətini 4,36 milyard dollar artıraraq 24,2 milyard dollara çatdıran NLMK-nın benefisiarı Vladimir Lisin, dördüncü yerdə 22,6 milyard dollarla Ələkbərov (Vahid Ələkbərov “Lukoyl”-un direktorlar şurasından çıxıb və şirkətin prezidenti vəzifəsindən istefa verib-red), beşinci yerdə “Severstal”ın əsas benefisiarı, ilin əvvəlindən sərvəti 410 milyon dollar artaraq 19,1 milyard dollara çatan Aleksey Mordaşov qərarlaşıb.

Siyahıda altıncı yerdə 44 milyon dollar varlanan “Metalloinvest” və “Megafon”un sahibi Əlişir Usmanov (Onun sərvəti hazırda 18,5 milyard həcmində qiymətləndirilir), yeddinci yerdə “Oneksim qrupu”un sahibi Mixail Proxorov ( onun sərvəti 1,73 milyard dollar artaraq 15 milyard dollara çatıb), səkkizinci yerdə sərvəti ilin əvvəlindən 3,13 milyard dollar artaraq 14,9 milyard dollar olan Novatek və Sibur şirkətlərinin ortaq sahibi Gennadi Timçenko, doqquzuncu yerdə sərvəti 886 milyon dollar artaraq 14 milyard dollara yüksələn “Euroxima” və “SUEK”-in keçmiş benefisiarı Andrey Melniçenko (ötən il martın 9-da Aİ-nin sanksiyalarına düşərək ortaq sahiblərdən ayrılıb) qərarlaşıb.

İlk onluğu isə ilin əvvəlindən sərvəti 974 milyon dollar artaraq 12,3 milyard dollara çatan Alfa Group-un yaradıcısı Mixail Fridman qapayır.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər