BAKU Azərbaycan
°C

Tarif (qiymət) Şurasının dərman vasitələrinin qiymətlərinin yuxarı həddini təsdiq etməsi əhaliyə dərmanların aşağı qiymətə alınmasına imkan verəcək.

Gundem.az xəbər verir ki, Şuranın bu gün keçirilən növbəti iclasında hazırkı vaxtadək təsdiq edilmiş bütün dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı hədd olaraq tətbiq edilməsi barədə qərar qəbul edib.

Bu qərar qəbul olunanadək dərman vasitələri üçün vahid qiymət tətbiq olunurdu və bütün apteklərdə dərman vasitələri həmin vahid qiymətə satılırdı. İndi isə həmin vahid qiymətlər yuxarı hədd olaraq təsdiq edilib, yəni dərmanlar təsdiq olunmuş qiymətlərdən aşağı qiymətə satıla bilər.

Qəbul edilmiş qərar dərman vasitələrinə əlçatanlığın yaxşılaşdırılmasına, bu sahədə daha əlverişli rəqabət mühitinin yaradılmasına və əhali tərəfindən dərman vasitələrinin tənzimlənmiş qiymətlərdən aşağı qiymətə alınmasına imkan verəcək.

Tariflər bu gündən qüvvəyə minir.

Qeyd edək ki, dövlət başçısının müvafiq Fərmanı ilə “Dərman vasitələri haqqında” qanuna edilmiş dəyişikliklərlə 13 dövlət qurumunun təmsil olunduğu Tarif (qiymət) Şurasına dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddinin təsdiq edilməsi tapşırılmışdı.

Son xəbərlər

Meymun sürüsü sərinlənmək üçün sinif otaqlarına basqın edib - FOTO

Dünyanın ən təcrid olunmuş qəbiləsi ilk dəfə meşədən çıxdı: Onları buna nə vadar etdi?

ABŞ-də səmada naməlum işıq parıltısından sonra qəribə vibrasiyalar müşahidə edilib

Kim Kardaşyan və oğlu nadir xəstəlik daşıyıcısıdır - FOTO

Ukraynanın sabiq deputatı güllələndi

"Titanik" filmindəki "Batan palto" rekord məbləğə hərraca çıxarıldı - FOTO

Arda Turanın anası həbs edildi

8 abituriyentin nəticəsi ləğv edildi

ABŞ-də 1,6 mindən çox aviareys təxirə salındı

İmtahanda 700 balı təkcə o yığdı

Trampa dəstək üçün köynəyini cırdı - VİDEO

Azərbaycanda qızdan hərbi sənəd tələb etdilər - "Kişi" olduğunu öyrəndi

Türkiyə Silahlı Qüvvələri 19 terrorçunu zərərsizləşdirdi

Baş nazir QƏRAR İMZALADI

Prezident: "Rusiya ilə İkitərəfli münasibətlərdə həll oluna bilməyən məsələ mövcud deyil"

Fransalı siyasi lider: "Paris həbsxanaya çevrilib"

Prezident Şuşada Forumda çıxış edir - CANLI

"Kiprdə nizamlanma üçün iki dövlətin tanınması şərtdir" - Ərdoğan

"Sumqayıt" - "Fehervar" matçına 3300 bilet satılıb

YAP Mərkəzi Aparatında müşavirə keçirildi - FOTO

Bütün xəbərlər