BAKU Azərbaycan
°C

Ölkənin birinci bankı "Kapital Bank" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında olan həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi istiqamətindəki əməkdaşlıq memorandumu çərçivəsində daha 2 vətəndaşa dəstək göstərib.

Gundem.az xəbər verir ki, Tovuz rayonundan müraciət edən Həvva Muradovaya un məmulatlarının hazırlanması üçün avadanlıqlar, Bakı şəhəri Suraxanı rayonundan müraciət edən Səmərrux Babayevaya isə kiçik dərzi sexi açmaq üçün  lazımi avadanlıqlar alınıb. Bununla da Kapital Bank tərəfindən memorandum çərçivəsində özünüməşğulluğuna dəstək göstərilən vətəndaşların sayı 133 nəfərə çatıb.

Xatırladaq ki, layihə ölkə başçısı cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə əsasən həyata keçirilir və ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafına öz töhfəsini verir. Layihə çərçivəsində paytaxt Bakı, eləcə də regionlarda yaşayan və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün əvəzsiz olaraq avadanlıqlar alınır.

Ölkənin birinci bankı olan "Kapital Bank" PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.

Son xəbərlər

“Azərbaycan Qarabağın erməni sakinlərinin hüquqlarını məhdudlaşdırmaq niyyətində deyil”

Dövlət qulluğu üzrə müsahibələrdə 44 namizəd keçdi

Stoltenberq Ukraynaya gedib

Vəzifəli şəxslər üçün maliyyə sanksiyaları tətbiq ediləcək

Azərbaycanda bu şəxslərin bütün növ bank BORCLARI SİLİNDİ

Kreml Qarabağdakı qondarma rejimin ləğvi ilə bağlı bəyanatı nəzərə alıb

Sümük iliyi transplantasiyası cərrahi müdaxilə olmadan həyata keçiriləcək

Putin Ermənistana səfər etməyi planlaşdırmır

Birbank Biznes bizneslə məşğul olanlara növbəti onlayn xidməti təqdim edir

Azərbaycanda bu qanunlar ləğv ediləcək

Sahibə Qafarova irlandiyalı həmkarı ilə görüşdü

Təslim olmayacağını deyən erməni komandir Qarabağdan QAÇDI

Ambulator şəkildə xəstələrə dərmanların verilməsi ilə bağlı təkliflər NK-ya göndərildi

Vardanyan: "Ermənistan Rusiya ilə münasibətlərə xələl gəlməsin deyə çox çalışdı"

Qanunsuz gəlirlə bağlı əlavə maliyyə sanksiyası tətbiq olunacaq

"Söyüdlüdə fəaliyyət göstərən şirkət pozuntu hallarının olduğunu etiraf edib" - Nazir

Həbsdə olan sabiq hakimlə bağlı QƏRAR

Qarabağda antiterror tədbirlərindən sonra atəşkəs rejimi pozulmayıb

"Bazarstore"nin nəzarətçisini bıçaqlayanlar tutuldu

Vüqar Qurbanov: "TƏBİB-ə təşəkkürlər getdikcə artır"

Bütün xəbərlər